Qürbətdə Azərbaycanlı Uşaqların Ana Dilində və Milli-Mədəni Dəyərlər Əsasında Təhsilinin Strateji Əhəmiyyəti
Qloballaşma və miqrasiya şəraitində xaricdə yaşayan azərbaycanlı uşaqların milli kimliyinin qorunması yalnız ailənin deyil, həm də dövlətin və diaspor institutlarının strateji məsuliyyətidir. Ana dilində təhsil, milli tarix və mədəni irslə tanışlıq uşaqların öz mənsubiyyətlərini dərk etməsi, Azərbaycanla mənəvi bağlarını möhkəmləndirməsi və gələcəkdə milli-mədəni irsin daşıyıcılarına çevrilməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Böyük Britaniya və digər xarici ölkələrdə böyüyən azərbaycanlı uşaqlar yaşadıqları cəmiyyətlərin qabaqcıl təhsil imkanlarından faydalanaraq elm, siyasət, iqtisadiyyat və ictimai həyatın müxtəlif sahələrində yüksək nailiyyətlər əldə edə bilərlər. Lakin onların Azərbaycan dili, tarixi, mədəniyyəti və milli dəyərləri əsasında formalaşması bu potensialın Azərbaycanla əlaqələndirilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsinə və milli maraqlarımızın gələcək nəsillər tərəfindən təmsil olunmasına mühüm töhfə verə bilər.
Bu baxımdan, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində və milli-mədəni dəyərlər əsasında təhsilinə dəstək göstərilməsi dövlət siyasətinin və diaspor fəaliyyətinin prioritet istiqamətlərindən biri olmalıdır. Azərbaycan dövlət qurumları ilə diaspor təşkilatlarının əməkdaşlığı nəticəsində həftəsonu məktəblərinin, dil kurslarının və mədəni-maarif proqramlarının inkişaf etdirilməsi milli kimliyin qorunmasına və diaspor potensialının gücləndirilməsinə xidmət edər.
Dövlət qurumlarına müraciət
Mən, İsa Türkoğlu, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində və milli-mədəni dəyərlər əsasında təhsil alması məsələsinə dövlət qurumlarının təxirəsalınmaz diqqət yetirməsini tövsiyə edirəm.
Bu istiqamətdə konkret dövlət proqramlarının hazırlanması, maliyyə dəstəyinin təmin edilməsi, həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinin gücləndirilməsi və diaspor təşkilatları ilə səmərəli əməkdaşlıq mexanizml…
خواندن کامل ←