Видео
tg_55813_3476_1785739113.mp4 · 44.2 MB · click to show
tg_55813_3476_1785739113.mp4 · 44.2 MB · click to show
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqramdan çox heroin aşkarlandı
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda 112 kiloqramdan artıq narkotik vasitə - heroinin keçirilməsinin qarşısı alınıb.
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.
Yoxlama zamanı 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində narkotik vasitə aşkarlanıb. Çətinləşdirilən üsuldan istifadə edilməklə gizlədilmiş heroinin xalis təmiz çəkisi 112 kq 761,757 qram olub. Faktla bağlı araşdırma aparılır.
647 ·