ChatCrawlersearch across public Telegram Open the app
İ

İctimai Müzakirə - bot https://t.me/tvictimai

сообщение · 2026-08-03 08:52 UTC
I
Видео
tg_55851_3482_1785747114.mp4 · 46.6 MB · click to show
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 33-38°, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacaq.
213 ·

Вся лента

Каталог площадок Искать в ChatCrawler

A snapshot of an open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog