Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib
Bu gün işğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş - 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə olunublar və vəziyyətləri qənaətbəxşdir.
233 ·