ChatCrawlersearch across public Telegram Open the app
D

Dalğa TV 📺 Chat

203 members
B
Salam, əzizlər. Bu gün bir qədər Azərbaycan gündəmini zəbt etmiş “təcavüz” hadisələri haqqında danışmaq istəyirəm. Hamımızın müxtəlif platformalarda, saytlarda və kanallarda rastlaşdığımız “filankəs filankəsə təcavüz etdi”, “filankəs filankəsdən övlad dünyaya gətirdi” kimi xəbərlər uzun müddətdir ölkə gündəmindən düşmür. Bu məsələ ilə bağlı diqqətə çatdırmaq istədiyim incə bir məqam var. Fikir vermisinizsə, xüsusilə son 1–2 il ərzində bu kimi məsələlər geniş şəkildə insanların müzakirəsinə çıxarılır. Bəs niyə 5–10 il əvvəl eyni məsələlər bu qədər intensiv şəkildə gündəmə gətirilmirdi? İkinci sual isə budur: niyə bu problemin qarşısının alınmasına və həllinə yönəlmək əvəzinə, məsələ əsasən insanların müzakirəsinə təqdim olunur? Niyə daha ciddi hüquqi və sosial tədbirlərdən, effektiv cəza mexanizmlərindən danışılmır? Məsələnin bir tərəfi budur ki, hər hansı mənfi hadisənin davamlı şəkildə gündəmə gətirilməsi zaman keçdikcə onun cəmiyyətdə daha çox görünməsinə və müəyyən mənada adiləşməsinə səbəb olur. İnsanlar əvvəl qeyri-adi və qəbuledilməz hesab etdikləri hadisələrlə (məsələn, təcavüzlə) davamlı qarşılaşdıqda, onlara qarşı həssaslıqları azalır (yəni, kimsə etiraz etmir). Mənim diqqət çəkmək istədiyim məhz budur: hadisələrə yalnız “xəbər” kimi baxmaqla kifayətlənməməli, onların cəmiyyətə necə təqdim edildiyini və bunun hansı nəticələr doğura biləcəyini də düşünməliyik. Azərbaycan üçün 2030-cu ilədək müxtəlif inkişaf və transformasiya planları qəbul edilib. Mənim qənaətimə görə, cəmiyyətə bu cür mənfi nümunələrin davamlı şəkildə təqdim olunması müəyyən mənada əxlaqsızlığın adiləşməsinə (2030 planına) xidmət edir. Türkiyədən gətirilən həmin dondurmaçı məsələsinə də bu kontekstdə diqqət yetirmək lazımdır. Hətta yaxın zamanda yerli sakinlərdən birinin video çəkərək bu məsələyə etiraz etdiyinə görə saxlanılması barədə məlumatlar yayıldı. Digər tərəfdən isə həmin dondurmaçının fəaliyyətini davam etdirməsi və qadınların qarşısında nümayişkaranə hərəkətlər etməsi cəmiyyətd
504 ·
Фотография
click to show
Gəl ey gözümün nuru bu gözlər səni gözlər Yollarda qoyub getdigin izlər səni gözlər Sən getmisən əfsus qalan bircə qəmindir Sənsiz qəmini qəlbim əzizlər səni gözlər Öz sirrini bir kimsəyə sənsiz deyə bilməz Qəlbim bu təmiz sevgini gizlər səni gözlər Gözlər yolunu həsrət ilə aşiq olanlar Tək mən degiləm mən təki yüzlər səni gözlər Səndən utanıb gizlənəcək əyri gəzənlər Əmma nə qədər var isə düzlər səni gözlər Gəl çat bizim imdadımıza ey son ümidmiz Həsrətlə baxıb yollara gözlər səni gözlər Məsum mələkim lütf elə gəl Narini dindir Qəlbimdə qalan sevgili sözlər səni gözlər Cəsur Nari (Seyyid Ümmi) https://t.me/meclisiuns
193 ·
I
Видео
26.8 MB · click to show
Şəhid Seyyid Behişti Azərbaycan Araşdırma Mərkəzi
215 ·
B
İslam dünyasının dostunu və düşmənini dəqiq tanımasının zəruriliyi Ey dünyanın hər yerində yaşayan müsəlmanlar! Əgər bir-birinizlə düşmənçilik etməsəniz, bir-birinizə qarşı mübarizə və müharibə aparmasanız, dostunuzu və düşməninizi düzgün tanısanız, yaşayışınız bugünkü acınacaqlı vəziyyətdən köklü şəkildə fərqlənəcəkdir. Bu gün siz parçalanma, zəiflik və gerilik içindəsiniz; çünki islam ölkələri - demək olar ki, hamısı və ya böyük əksəriyyəti - yoxsuldur, asılıdır və əsirlikdədir. İslamın düşmənləri onu islam ölkələrindən zorla sıxışdırıb çıxarmaq istəyirlər, halbuki hər bir müsəlmanın qəlbi Allah və islam sevgisi ilə döyünür. Böyük dünya gücləri və onların siyasətləri öz oyuncaq hökumətləri vasitəsilə xalqı islamdan uzaqlaşdırmağa çalışır. Əgər siz bir olsanız, öz aranızda çəkişməsəniz və həm dininizi, həm də dünyanızı abadlaşdırmaq üçün böyük bir güc olan potensialınızı bir-birinizə karşı sərf etməsəniz, düşmənin bu murdar məqsədləri heç vaxt reallaşmayacaqdır. Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam
452 ·
I
Видео
26.2 MB · click to show
Monqol hökmdarlarının Seyyidlərə ehtiramı Azərbaycan Araşdırma Mərkəzi
242 ·
Bu məsələnin davamı olaraq, Azərbaycanda reallaşması gözlənilən 2030 planı çərçivəsində qarşıya qoyulduğunu düşündüyüm başqa hədəflərə də diqqət çəkmək istəyirəm. Əgər bu planın məqsədlərindən biri əxlaqsızlığın cəmiyyətdə tədricən adi və normal bir hadisə kimi qəbul etdirilməsidirsə, digər mühüm hədəflərdən birinin də insanların haqq dindən və öz məzhəbindən uzaqlaşdırılması olduğunu düşünürəm. Bu istiqamətdə müxtəlif çevrələrin və özlərini ateist və ya başqa kimliklər altında təqdim edən və əslində yəhudi olan şəxslərin fəaliyyət göstərdiyini görürük. Məqsəd isə xalqın dini inancını zəiflətmək, insanların öz əqidələrinə qarşı şübhəyə düşməsinə səbəb olmaq və onları Allahdan və haqq dindən uzaqlaşdırmaqdır. Şiəlik bu məntəqədə İslam düşmənləri üçün daim ciddi maneə hesab olunub. Çünki şiə düşüncəsinin əsas xüsusiyyətlərindən biri zülmə qarşı dayanmaq, haqqı müdafiə etmək və zalım qarşısında susmamaqdır. Tarix boyu bunun nümunələrini görmüşük. Xeybərdən Kərbəlaya, Kərbəladan bu günə qədər bu mübarizə xətti davam edib. Daimi yəhudilərlə və bunların əlaltıları ilə mübarizə aparan yeganə məzhəb şiəlik olub. Məhz buna görə də insanların öz əqidələrinə qarşı şübhəyə salınması, dini dəyərlərdən uzaqlaşdırılması və nəticədə dinsizləşdirilməsi sadəcə dini məsələ deyil. Bu, eyni zamanda cəmiyyətin iradəsini, müqavimət ruhunu və öz gələcəyi üzərində söz sahibi olmaq qabiliyyətini zəiflədən bir prosesdir. Mənim fikrimcə, 2030-cu ilədək qarşıda duran əsas təhlükələrdən biri də məhz budur: yerli müsəlman şiə xalqının öz dini və mənəvi kimliyindən uzaqlaşdırılması. Ona görə də bu məsələyə laqeyd yanaşmaq olmaz. Xalq öz əqidəsini tanımalı, dini biliklərini artırmalı və kiminsə yaratdığı şübhələrə görə öz inancından uzaqlaşmamalıdır. Telman Cəfəri https://t.me/fadayaneislam
406 ·
B
Şəhid Rəhbərin (r.ə) Azərbaycan üçün bəyanatları / VIII hissə Diqqət edin, dünyanın harasında müsəlman bir toplum varsa, bir tərəfdən öz İslami kimliyini hiss edir, digər tərəfdən isə başqalarına nisbətən daha ağır təzyiqlərlə üzləşir. Dünənin nümunəsi Sovet Azərbaycanı və digər bəzi bölgələr idi. Bugünün nümunəsi isə Kəşmirdir. Oradakı müsəlmanlar öz haqlı sözlərini söyləyirlər. Onları susdurmağa çalışanlar haqsız danışırlar. Onlara hücum edənlər haqsız əməl törədirlər. Təəssüf ki, dünya da bütün bu hadisələrə soyuqqanlılıqla yanaşır. Əgər müsəlmanlar İslamı müdafiə etmək istəyirlərsə, ilk növbədə özləri güclənməlidirlər. Şəhid Ayətullah Seyyid Əli Xamenei /25/05/1990 https://t.me/fadayaneislam
422 ·
Dünən dostlardan biri müzakirə zamanı maraqlı bir fikir səsləndirdi. Fikri məntiqli və ağlabatan gəldi, mən də qəbul etdim və istədim sizinlə bölüşüm. Hər dəfə düşmən İslama qarşı propaqandaya başlamaq istəyəndə, çox vaxt oyununu iki fiqur üzərindən qurur. Biri dini təhqir edir, onu ayaqlar altına atır, digəri isə bir anda ortaya çıxıb dinin müdafiəsinə qalxır. Bu tiplər hər zaman olmasa da, çox zaman dindarların içərisində fəaliyyət göstərən və dini daxildən vurmağa çalışan müsəlman qılığına girmiş yəhudilər olur. Nəticədə isə dini cəmiyyətin qarşısında müzakirə obyektinə çevirirlər. Buna bir nümunə də göstərmək olar. Xatirinizdədirsə, bir zamanlar İsa adlı bir yəhudi qara əmmamə taxaraq, özünü seyid kimi təqdim edib minbərlərə çıxır, insanlara xütbələr edirdi. Daha sonra ifşa olunandan sonra onun əsl kimliyinin yəhudi olduğu ortaya çıxdı. Hətta bir çox insan bunu eşidəndə inanmaqda çətinlik çəkdi. Bəli, əzizim, düşmən həmişə xaricdə olmur. Bəzən içimizdə də ola bilər. Ona görə də ayıq olmaq və kimə güvəndiyimizə, kimi dinlədiyimizə diqqət etməliyik. Telman Cəfəri https://t.me/fadayaneislam
408 ·
B
Zalımlara kömək edənlər qiyamət günü oddan olan bir çadırın içində yerləşdirilərlər ki, Allah bütün bəndələrin hesabını çəkib qurtarana qədər orada qalarlar. Mənbə - Vəsailuş-Şiə, c.12, səh.128 Bu hədisin verdiyi əsas mesaj budur ki, zalıma kömək edən insan zülmün birbaşa icraçısı olmasa belə, onun sisteminə qoşulduğu üçün ilahi ədalət qarşısında zalımla eyni cərgədə dayanır və eyni aqibəti paylaşır; “oddan çadır” ifadəsi göstərir ki, bu cəza ani bir toxunuş hesab olunmur, insanın bütün varlığını əhatə edən, onu tam şəkildə bürüyən bir haldır və bu hal, Allah bütün bəndələrin hesabını bitirənə qədər davam edir, yəni zülmə yardımın nəticəsi qısa, ötəri bir səhv kimi yox, insanın taleyinə yazılan ağır bir məsuliyyət kimi dəyərləndirilir. Hədisin teoloji tərəfi bizə deyir ki, zülm təkcə bir şəxsin pis davranışı deyil, bütöv bir prosesdir və bu prosesə kim öz iradəsi ilə enerji verirsə – istər əmrlə, istər müdafiə ilə, istər sükutla, istər normallaşdırmaqla – ilahi ölçüdə zülm sisteminin bir hissəsi sayılır; buna görə də “kömək edən” ifadəsi çox genişdir və insanın mövqeyi, seçimi, tərəf tutması bu hökmün içinə girə bilər. Sosial baxımdan hədis xəbərdarlıq edir ki, zalım rejimlər, zalım şəxslər təkbaşına ayaqda qalmır, onları ayaqda saxlayan, qoruyan, legitimləşdirən, onların işini asanlaşdıran çevrələr, məmurlar, tərəfdarlar, susanlar, “mənə dəyməsin” deyib kənara çəkilənlər də bu zülmün davamında pay sahibidirlər və bu pay, qiyamətdə “oddan çadır” kimi təzahür edir; yəni zülmün yükü yalnız zalımın çiyninə qoyulmur, ona yardım edənlərin də çiyninə bölüşdürülür. Əxlaqi baxımdan hədis insanı çox ciddi bir həssaslığa çağırır: zalımın yanında durmaq, zalımın işini asanlaşdırmaq, zalımın nüfuzunu artırmaq, zalımın zülmünü ört-basdır etmək, zalımın zülmünü “haqlı” göstərmək, zalımın zülmü qarşısında susmaq – bunların hamısı insanı ilahi ədalət qarşısında zülm cəbhəsinə keçirir və bu keçid, qiyamətdə ağır bir nəticə doğurur; buna görə də mömin üçün təkcə “özünün zalım olmam
463 ·
I
Видео
12.3 MB · click to show
Şah İsmayıl ilə müharibə aparan Səlimin öz ailəsinə qarşı qəddarlığı Azərbaycan Araşdırma Mərkəzi
180 ·
Salam əzizlər. Son zamanlar özümə və ailəmə qarşı yayılam qarayaxma kompaniyaları azmış kimi indi də yaxınlarımı DTX-ya çağırıb bizimlə əlaqəni kəsməyəcəkləri müddətdə müxtəlif hədələrlə təhdid ediblər. Buradan bildirirəm ki, bu addım atılacağı və həmin yaxınlarımın bir daha təhdid olunacağı təqdirdə əmin olun ki, sizə ən sərt şəkildə cavab veriləcək və olacaqların bütün məsuliyyətini özünüz daşıyacaqsınız! Telman Cəfəri https://t.me/fadayaneislam
524 ·
Düşməni tanıyın, onun ölkə daxilindəki uzantılarını və sıralarını da müəyyən edin. Düşmənçilik üsullarını tanıyın, həmin üsulların ölkə daxilində dəyişdirilmiş və tərcümə olunmuş formalarını da bilin. Universitetdə, orta məktəbdə, cəmiyyətin içində, ölkənin müxtəlif fəaliyyət sahələrində, mətbuatda və təbliğatda istismarçı sistemin təsirinin və mövcudluğunun davamını görməyi bacarın. İstismarçı sistem istəyir ki, bu ölkədə və bu xalqın arasında dərin iman olmasın, insanlar şəhvət və nəfsani istəklərlə məşğul olsunlar, İslamın “məruf” bildirdiyi dəyərlər cəmiyyətdə hakim olmasın və İslamın “münkər” hesab etdiyi əməllər yayılsın. İstismarçı sistem istəyir ki, ölkə daxilində tənbəllik və işsizlik hökm sürsün, quruculuq, təşəbbüskarlıq, iqtisadi, sosial və mədəni məsələlərin islahı olmasın. İstəyir ki, ölkədə elm və biliyin inkişafı baş verməsin, tədqiqat aparılmasın, dərslər və təhsil mühiti olmasın. Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam
424 ·
B
Bu gün eyni zamanda Alparslan hocanı da aparıblar. Bu şəxs azad ruha malik bir insandır. Türkiyədə yaşayan sünnilər üçün onun varlığı böyük bir bərəkətdir. Bizimlə fikir və əqidə baxımından müəyyən fərqləri olsa da, bu insana böyük hörmətim var və onun müdafiə olunmasını vacib hesab edirəm. Allah bu əziz və böyük insana yar və yardımçı olsun. Yeri gəlmişkən, Türkiyədə Alparslan hocanın müridləri onun müdafiəsinə qalxıblar. Kaş bizdə də insanların öz ruhanilərinə qarşı məhəbbəti sözlə deyil, əməldə özünü göstərən səviyyədə olaydı. Telman Cəfəri https://t.me/fadayaneislam
437 ·
Zamanın şəraitini və gedişatını bilməklə haqqı batildən ayırd etmək. "Zamanını tanıyan insan çaşqınlıqlara məruz qalmaz". Yəni insan öz ətrafındakı, yaşadığı mühitdəki və dünyadakı vəziyyəti və hadisələri bilməli, dünyada hansı müxtəlif cərəyanların mövcud olduğunu, harada dayandıqlarını, məqsədlərinin nə olduğunu və bir-biri ilə necə qarşı-qarşıya gəldiklərini anlamalıdır. Belə olan halda insan müxtəlif məsələlərdə yanlış mühakimə yürütməz və səhvə düşməz. Bu məlumatlılıq hər kəs üçün lazımdır; ruhani üçün də lazımdır, universitetdə çalışan insan üçün də; hövzə müəllimi üçün də lazımdır, universitet müəllimi üçün də. Bu, çox mühüm məsələdir. İnsan müxtəlif cərəyanları tanıdıqda hadisələrdən nəticə çıxara bilir: bu hadisə nədir, bu hadisə niyə baş verdi, nə oldu ki, belə bir vəziyyət yarandı? Beləliklə, hadisələri təhlil edərkən səhvə və yanlışlığa yol vermir. Əlbəttə, düşmən durmadan müxtəlif təhlillər ortaya qoyur. Bir müddət əvvəl burada sayını bizə deyib statistik məlumatını təqdim etdikləri media vasitələrinin sayı doğrudan da dəhşətlidir. Bunlara internet mediası daxil deyil — internet onsuz da sərhədsiz və hüdudsuz bir dünyadır. Söhbət məhz peyk kanallarından, radiolardan və televiziyalardan gedir. Bu media vasitələrində İslam Respublikasına, İslam quruluşuna və İran xalqına qarşı mübarizə məqsədilə davamlı şəkildə təqdim olunan təhlillərin sayı başgicəlləndiricidir. İndi bunları kütləvi şəkildə hazırlayanlar özləri də bilirlər ki, insanlar bunların hamısına qulaq asmırlar. Deyirlər ki, nə qədər mümkündürsə, bir o qədər çalışmaq lazımdır. Haqqı yalanla qarışdırırlar və bundan yanlış, qüsurlu bir təhlil ortaya çıxarırlar. Əmirəl-möminin buyurur: əgər batil haqqa heç bir qarışıqlıq olmadan, tamamilə saf şəkildə özünü göstərsəydi, haqq axtaranlar onu tanımaqda çətinlik çəkməzdilər; əgər haqq da batilin qarışıqlığından tamamilə uzaq şəkildə özünü göstərsəydi, ona qarşı çıxanların dili susardı. Lakin bunlar haqdan bir parça, batildən də bir parça götürüb onları
314 ·
B
İran inqilabının ilk İslam inqilabı ilə oxşarlığı. Biz özümüz də bilirik ki, İslam Qərbdə din haqqında təsəvvür edildiyi kimi yalnız mənəvi bir məfhumdan ibarət deyil. Bugünkü İran inqilabı haqqında danışmağa belə ehtiyac yoxdur; gəlin görək, İslamın ilk dövründə baş verən inqilab necə idi? İlk İslam inqilabı həm mənəvi bir inqilab idi, həm də siyasi bir inqilab. Eyni zamanda həm mənəvi və siyasi, həm də maddi və iqtisadi bir inqilab idi. Yəni azadlıq, insanın azad və ləyaqətli yaşaması, ayrı-seçkiliyin və ictimai təbəqələr arasındakı uçurumun olmaması İslam təlimlərinin özəyindədir. Deməli, bu iki digər istiqamət İslamdan kənarda deyil. Bu hərəkatın uğurunun sirri də onda idi ki, həmin iki istiqamət də özündə İslami mahiyyət qazandı. Bizim cəmiyyətimizdə həqiqətən də təbəqələr arasındakı uçurumun aradan qaldırılması uğrunda mübarizə aparılırdı. Lakin bu mübarizə yalnız maddi və sosial məsələ kimi deyil, mənəvi məna daşıyan bir mübarizə kimi aparılırdı. Çünki İslam deyir ki, cəmiyyətdə təbəqələr arasında uçurum olmamalıdır; İslam deyir ki, cəmiyyət tövhid əsasında qurulmalıdır; İslam təbəqəsiz cəmiyyətin tərəfdarıdır. Azadlıqsevərlik və azadlıq uğrunda mübarizə də özündə İslami mahiyyət qazandı. İlk İslam dövründə də vəziyyət eyni cür idi. Siz görürsünüz ki, İslamın ilk dövründə insan azadlığı və sərbəstliyi ilə bağlı elə nümunələrə, ifadələrə və cümlələrə rast gəlinir ki, elə bil bunlar XVIII əsrdə, Fransa inqilabı dövründə və ya XX əsrdə söylənilib. Məsələn, ikinci xəlifə ilə bağlı məşhur hadisə var. Corc Cordaq da onun söylədiyi həmin ifadəni Əmirəl-mömininin sözü ilə müqayisə edir. Şəhid Mürtəza Mütəhhəri / Ayəndeye İnqilabi İslami 📗 https://t.me/fadayaneislam
309 ·
B
Allah, Peyğəmbər (s) və İslam cəmiyyəti düşməni tanımağın meyarıdır. Bütün insanlar ətrafdakı mühiti sağlam və saf bir mühitə çevirmək üçün üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər; elə bir mühit ki, orada məhəbbət düşmənçiliyə üstün gəlsin və ona hakim olsun. Bu, İslamda çox mühüm məsələdir. İnsan sevmək və sevməmək hisslərinin birləşməsindən ibarətdir. Hər bir insanın daxilində həm məhəbbət, həm də kin, nifrət və düşmənçilik hissi var. Bu, insanın təbiətidir: onun daxilində həm sevmək, həm düşmənçilik etmək, həm də kin bəsləmək meyli mövcuddur. İslam bu hisslərin hər birinin hara yönəldilməli olduğunu müəyyən edib və bildirir ki, sizdəki düşmənçilik və düşmənlik ruhu yalnız Allahın, İslam quruluşunun və müsəlman xalqının düşmənlərinə qarşı olmalıdır. Baxın, Allahla, Onun Rəsulu ilə, İslam cəmiyyəti və müsəlman xalqı ilə düşmən olanlar kimlərdir; düşmənçiliyinizi onlara yönəldin ki, qalan bütün varlığınız cəmiyyətin ayrı-ayrı üzvlərinə qarşı dostluq və məhəbbətlə dolu olsun. Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam
262 ·
D
Dalğa TV 📺 Chat
32-M.Ə.Rəsulzadə 1918-ci ildə Nuru Paşanın şərəfinə verilmiş ziyafətdə Səfəviləri işğalçı adlandırır və Osmanlıları 1578-ci ildə Şirvan və Azərbaycanı işğaldan azad edən imperiya kimi təqdim edir; -Osman Paşa (1526 – 1585) Bakı qalasını təmir etdirərək müdafiəsini Əhməd bəy adlı bir komandana tapşırmış, özü Dəmirqapı Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı 6 ay tamam mühasirəyə dayanmış, nəhayət, düşməni (Səfəvi ordusunu) dəf edə bilmişdi.Tarix yenə təkrar edə bilər, həm etməlidir!” Mənbə: “Azərbaycan qəzeti, 14 .11.1918, sayı 39, səh.63)
135 ·
I
Видео
video.mp4 · 14.5 MB · click to show
Əhli-Beytin şəhadətində yəhudilərin əli Mirağa Dadaş
43 ·
D
Dalğa TV 📺 Chat
33-Qubada cuhud ravvin İshaqla görüşdə Rəsulzadənin çıxışı; “Oxuduğunuz Tövrat bizcə Kitabi-İlahidir. Türk dövlətlərində yəhudi ziddliyi görülməmişdir. Yəhudiləri himayə edən dövlət Türkiyədir. Cümhuriyyət olan dövlətimizdə siz yəhudilər gərək şəxs və gərək millət etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz! Mənbə: Rəsulzadənin 1919-cu ilin sentyabrında Qubaya səfəri haqqında “Azərbaycan” qəzetində dərc edilmiş “M.Ə. Rəsulzadə Qubada” adlı məqalə, 279 və 280-ci nömrə, 22–23 sentyabr tarixi
122 ·
B
Dinə, dini təlimlərə, dinin həqiqi müəllimlərinə, alimlərinə və böyüklərinə qarşı çıxan, əleyhinə danışan, fitnə-fəsad törədən və onların dəyərlərini aradan qaldırmağa çalışan kəsləri yaxşı tanıyın. Düşməni hər bir libasda və görkəmdə tanımaq lazımdır. Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗 https://t.me/fadayaneislam
152 ·
D
Dalğa TV 📺 Chat
34-Rəsulzadə xeyriyyə cəmiyyətinə yığılan pulu o dövrdə quldurluqla məşğul olan Stalinin həbsxanadan qaçırılması üçün xərcləmişdi... Mənbə: Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” səhifə 19
35 ·
I
Файл
Nəsiman Yaqublu - Məhəmməd Əmin Rəsulzadə.pdf · 27.1 MB · click to show
Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası Pdf Kitabxana
5 ·
Archive by month
Каталог площадок Искать в ChatCrawler

A snapshot of an open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog