ChatCrawlersearch across public Telegram Open the app
M

Millikimlik chat

9 members
1 September 2026
2 September 2026
I
‼️⚔️ İftiralara cavablar silsiləsindən: Səfəvilərin Əliallahılarla mübarizəsi İstər orta əsrlərdə, istərsə də günümüzdə bəzi qərəzlilər bütöv Azərbaycanın qurucusu Şah İsmayıl Səfəvinin ünvanına ən çirkin ittihamları səsləndirmişlər. Onlardan bir neçəsini qeyd edək: - Şah İsmayıl guya özünü İmam Mehdi elan etmişdi; - Qızılbaşlar Şah İsmayıla nəuzubillah Tanrı kimi sitayiş etmişlər; - Səfəvilər İslam şəriətinə düşmən kəsilmişdilər. Sonuncu iftiranın əsas məqsədi qızılbaş cəmiyyətini cahil, dinsiz toplumlara bənzətmək, orada hüququn deyil, kobud gücün hökmran olduğunu göstərməkdir. Lakin faktlar bunun əksinə dəlalət edir. Qızılbaş dövlətinin mərkəzində də, onun ucqarlarında da, hətta qeyri-müsəlmanların yaşadıqları vilayətlərdə də o dövr üçün ən mükəmməl qanunlar tətbiq olunurdu. Şah İsmayıl dünya tarixinin ən ədalətli hökmdarlarından biri idi. O, öz ölkəsində qanunun aliliyini təmin etmişdi. Şah İsmayıl məzhəbindən və dinindən asılı olmayaraq hər bir təbəəsinin hüququnu qoruyurdu. Oxucuya təqdim etdiyimiz misal da birmənalı şəkildə sübuta yetirir ki, Səfəvilər həm hüquq sisteminin, həm də üsuliddinin – İslam dininin sütunlarının keşikçiləri olmuş, bu yolda canlarından da keçmişlər. Səfəvi tarixçisi İsgəndər bəy Münşi özünün “Aləmi bəzəyən Abbasın tarixi” adlı əsərində yazırdı: “(Şah İsmayıl) İraqi-Ərəb məsələlərini nizamladıqdan və mübarək ocaqlara zəruri diqqət yetirdikdən sonra Xuzistan fəthinə bayraq qaldırıb, o tərəfə rəvan oldu. Xuzistan hüdudunda Hüseyn bəy Lələ və Bayram bəy Qaramanlını qələbə nişanlı ordunun on min əsgərilə birlikdə Luristan hakimi Məlik Rüstəmin üzərinə göndərdi. Humayun ordu isə Həvizəyə tərəf hərəkət etdi. Həmin vilayətdə yaşayan müşəşə ərəbləri o zamanlarda azğınlıq yoluna düşərək, Şahi-Vilayət pənahın (Həzrət Əlinin) Allah olduğunu iddia edirdilər. Qəribə hadisələrdən biri də budur: Xalq arasında söylənildiyinə görə, müşəşələr öz ibadətlərini icra etdikləri zaman onlara bıçaq və ya şəmşir zərbəsi təsir etmirdi. Onlar şəmşirin
225 ·
3 September 2026
I
‼️ 1551: Avropanı heyrətləndirən Şərq hökmdarı — ŞAH İSMAYIL 📜İtalyan tarixçisi Paolo Giovio onun şöhrətini, hərbi qüdrətini və əzəmətini belə qələmə almışdı.. "İsmayıl Səfəvi öz dövründə bütün dünyanı şöhrətinin sədası ilə doldurmuşdu. O, parlaq, nurlu və hökmdarlara xas əzəmətli çöhrəsi ilə öz xalqı arasında belə, özündən daha heyrətamiz və daha vüqarlı görünürdü. O, böyük Uzun Həsən padşahın qızından olan nəvəsi, Heydərin oğlu idi. Heydərə “Hardueli” ləqəbi verilmişdi. İsmayıl gənclik çağında gizli və qapalı şəraitdə böyümüşdü. Buna baxmayaraq, gözəl çöhrəsi ilə bütün yaşıdlarını geridə qoyurdu. Yetkinlik yaşına çatdıqda isə möhkəm və qüvvətli bədən quruluşu, at çapmaq və ox atmaq məharəti ilə bütün döyüşçülərdən üstün oldu. Yaşı artdıqca dövlət işlərinin incəliklərini və hərb sənətinin sirlərini mənimsəməkdə o qədər yüksəldi ki, bütün ömrü boyu qazandığı ucalıq adi insan ölçüsünü aşır, onu sanki fani insandan daha çox ilahi bir varlığa yaxın göstərirdi. Buna görə də ona fövqəladə ehtiramla yanaşılırdı. Onun müharibələrdə gördüyü işlər həqiqətən heyrətamiz idi: həm qazandığı qələbələrin çoxluğu, həm bu qələbələrin miqyası, həm də zəfərdən-zəfərə ardıcıl və uğurlu bir sürətlə irəliləməsi baxımından. Həqiqətən də, heç bir silahlı qüvvə Səfəvilərin gücünə tab gətirə bilmirdi. Nəhayət, İsmayıl şöhrətinin zirvəsində, ətrafındakı düşmənləri məğlub edib hər tərəfdə sülh və sakitlik yaratdığı bir vaxtda, qırx dörd yaşında, qarşıda daha uzun bir ömrün olduğuna böyük ümid bəslədiyi çağında ağır bir ov zamanı tutduğu ölümcül xəstəlikdən bir neçə gün içində həyatını itirdi. ➡️ Paolo Giovio, "Elogia virorum bellica virtute illustrium" ("Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi"), 1551-ci il, səh. 225-227 #səfəvilər #qızılbaşlar #şah_ismayıl
272 ·
6 September 2026
I
Видео
“Şəmşirlə_ən_yüksək_sürətli_zərbəni_endirmək_mümkündür_”“O,_ · 41.3 MB · click to show
‼️ Səfəvi zəfərlərinin sirri: Qızılbaşların gizli texnika ilə hazırladığı qılınc ⚔️Niyə məhz Şəmşir?
240 ·
8 September 2026
I
Видео
Xomanın xəritəsi.mp4 · 60.2 MB · click to show
🔰 Dünyaca məşhur Rus yazıçısı Lev Tolstoyun əsərində Qızılbaşlar. Eyni zamanda.. ‼️"Biz xəritələrdə və Rusiya mənbəşünaslığında Qızılbaş adına rast gəlmirik, hər yerdə ancaq Persiya var" iddiasına gəlincə..
237 ·
10 September 2026
11 September 2026
I
‼️ Qədim Skiflərin şanlı varisləri – Qızılbaşlar Qızılbaşların İskit papaqları... Səfəvi tarixçisi İsgəndər bəy Münşi (1560–1634) “Aləmi bəzəyən Abbasın tarixi” adlı əsərində yazırdı: “Şeyx Heydər (1460–1488) bir gecə sonralar həqiqətə çevriləcək bir röya gördü: Qeyb aləminin xəbərgətirənləri onun öhdəsinə qoydular ki, o, gərək On İki İmamın əlaməti olan qırmızı zolaqlı papaqla öz tərəfdarlarının başlarını bəzəsin. Sultan Heydər bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlar dəbdə olan türkman papağını on iki zolaqlı Heydər papağı ilə əvəz etdi. Onun arxasınca gedənlər də o Həzrətə tabe oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqalarından seçildilər. Elə buna görə də o şan-şöhrətli adamlar qızılbaş adı ilə məşhur oldular”. Mehman Süleymanov “Şah İsmayıl Səfəvi” adlı əsərində yazır: “Bu papaqlar qırmızı rəngli keçədən olmaqla yuxarısı dairəvi və ensiz şiş ucluqla tamamlanırdı. Onun üstünə isə ağ və bəzən də yaşıl parça əmmamə kimi dolandırılırdı”. Rəssam Fərəh Məmmədova yazır: Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti əsərlərdə Heydər tacının təsviridir. Heydət tacının miniatür sənətində əks olunması Azərbaycan miniatür ocağını Şərqin digər miniatür məktəblərindən ayırmaq işini xeyli asanlaşdırmışdır. İndi qətiyyətlə demək olar ki, XVI yüzilə aid elə bir Azərbaycan miniatürü yoxdur ki, orada qızılbaş papağı təsvir olunmasın”. Səfəvi dövrünə aid miniatürlərdə qızılbaş papağı hündür, şiş ucluqlu baş geyimi kimi təsvir edilmişdir. Həmin şəkillərə diqqət yetirsək görərik ki, qızılbaş papağı 1969-cu ildə Qazaxıstandakı İssık kurqanından tapılmış “qızıl adam”ın baş geyimi ilə faktiki olaraq eynidir. Fərq yalnız qızılbaş papağının aşağı hissəsinə dolandırılmış əmmamədədir. Sovet arxeoloqlarının ehtimalına görə, e.ə. V əsrə aid İssık kurqanı qədim saka xalqının ən böyük tayfasının – tiqraxaudaların yadigarıdır. Tiqraxauda sözü qədim dillərdə şiş, dik ucluqlu papaq mənasını verirdi. Əski yunan təsvirlər
229 ·
14 September 2026
Видео
qehramanlar_unudulmur_7685028716807834888_online_video_cutte · 27.2 MB · click to show
‼️✊ Qarabağ fatehlərini tanıyaq. Bu igid 8 ermənini əsir almışdı
178 ·
I
Видео
Blue and Red Modern Breaking News Video.mp4 · 76.0 MB · click to show
🇵🇰🇦🇿 Pakistanda Azərbaycan izləri: Naxçıvani, Şirvani, Təbrizi və Qızılbaş soyadlı minlərlə insan! 1. Urdu dilində 4,000 türk sözü var: Bu dilin formalaşmasında türk mənşəli xalqlar əsas rol oynayıb. 2. Bu gün Pakistanda (xüsusilə Pişəvər və Kəraçidə) yaşayan 10-12 min qızılbaş öz adət ənənələrini və geyim mədəniyyətini yaşatmağa davam edir. 💬 Ağa Əli Heydər Qızılbaş: "Anam həmişə deyərdi ki, bizim vətənimiz Azərbaycandır."
216 ·
17 September 2026
18 September 2026
I
‼️ Sən demə Azərbaycanda subaylıq həmişə sultanlıq olmayıb: Ortada pul söhbəti var idi - Öz dövrün ən qəribə qərarlarından biri AXC dövründə dövlət işində 40 min insan çalışırdı. Onların 60 faizi ailəli, 40 faizi isə subay idi. Bu barədə parlamentin 1920-ci il martın 8-də keçirilən iclasında deputat Ağa Əminov danışmışdı. O, dövlət işçilərinin maddi vəziyyətinin ağır olması barədə çıxış edərkən həmin məqama da diqqət yetirmişdi. Ağa Əminov 1919-cu ilin aprel-dekabr aylarında AXC-nin ticarət və sənaye naziri olub. Bu səbəbdən iqtisadi problemlərə çox yaxşı bələd idi. Deputat olduğu dövrdə də Əminov maaşların artımı məsələsini bir neçə dəfə qaldırmışdı. Hətta AXC-nin süqutuna cəmi 2 gün qalmış - 1920-ci ilin 26 aprelində də bu barədə danışmışdı. Ümumilikdə, AXC dövründə əhalinin maaşları bir neçə dəfə müzakirə mövzusuna çevrilib. Lakin qiymətlər o qədər sürətlə artırdı ki, yeni təyin olunmuş maaşlar da insanlara bəs eləmirdi. Bəzən hökumətin maaş artımları barədə qərarları arasında cəmi 3 həftə fasilə olurdu. AXC dövrünün indiki zamanla müqayisədə qəribə görünən qərarlarından biri 1919-cu il yanvarın 1-də verilmişdi. Yeni ilin ilk günündə əhalinin əmək haqqı artırılmışdı. Maraqlıdır ki, şəxsin subay və ya evli olması onun maaşının artırılmasında həlledici rol oynamışdı. Belə ki, subayların maaşı 120 rubl, ailəli insanların maaşı isə 360 rubl artırılmışdı. Bir sözlə, AXC dövründə subaylıq heç də sultanlıq deyildi.. 📚 Ayaz İlyasov, "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt" #axc
105 ·
20 September 2026
Видео
🇦🇫_Əfqanıstan_hökumətinin_🇦🇿_#Qızılbaş_icması_ilə_bağlı_mövq · 9.8 MB · click to show
‼️🎬 Mütləq izləyin: Əfqanıstan hökumətinin Qızılbaş icması ilə bağlı mövqeyi ⤵️
36 ·
I
➡️ Jurnalist və şərqşünas Ruslan Süleymanov Əfqanıstana səfəri çərçivəsində Əfqanıstan hökumətinin Baş sözçüsü Zəbullah Mücahidlə görüşərək ondan müsahibə alıb. Müsahibə zamanı Hökumətin Əfqanıstandakı Qızılbaş icmasına münasibətindən bəhs edən Baş sözçü Zəbullah Mücahid, Qızılbaş icmasının Azərbaycan–Əfqanıstan əlaqələrinin və tarixi bağların möhkəmləndirilməsində mühüm rol oynaya biləcəyini qeyd edib. Ruslan bəy; "Əfqanıstanın etnik azlıqları haqqında sual. Azərbaycan xüsusilə Qızılbaşların, o cümlədən Əfşar və Mərvi Qızılbaşlarının taleyi ilə maraqlanır. Siz Qızılbaşların vəziyyətini necə qiymətləndirirsiniz?" Zəbullah Mücahid; "Biz bütün xalqımıza hörmətlə yanaşırıq. Burada etnik qruplara qarşı heç bir ayrı-seçkilik yoxdur. Biz heç kimlə etnik mənsubiyyətinə əsasən münasibət qurmuruq. Burada yaşayan Qızılbaş qardaşlarımız və digər azlıqlar hörmətə layiqdirlər və onların hüquqları təmin olunur. Hökumət özünü buna borclu hesab edir." Ruslan bəy; "Qızılbaşlar, Əfqanıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində fəal rol oynaya bilərlərmi?" Mücahid; "Bilərlər, buna heç bir şübhə yoxdur. Necə ki, burada yaşayan digər xalqlarımız məsələn, özbəklər Özbəkistanla, taciklər Tacikistanla yaxşı münasibətlərin inkişafına töhfə verirlər. Pəştunlar isə Dürand xəttinin o tayındakı tərəflə (Pakistanla) yaxşı münasibətlərin inkişafına töhfə verirlər. Bizim Qızılbaş qardaşlarımız da Azərbaycan və Əfqanıstan arasında yaxşı münasibətlərin təmin olunmasına töhfə verə bilərlər." Vahid İbayev
35 ·
Архив по месяцам
Каталог площадок Искать в ChatCrawler

A snapshot of an open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog