Фотография
click to show
click to show
Çaldıran döyüşü təfəkkürlərin müharibəsi idi. O gün Çaldıran düzənliyində Əli və Müaviyə təfəkkürü vuruşurdu. Bu gün tarix, toplar arxasında gizlənmiş bir ata qatili ilə cəsarət və imanının gücü ilə meydana girmiş iki şəxsin mübarizəsinə şahid oldu.
Çaldıran döyüşü sanki, keçmişlərini döyüş meydanlarında sərgiləyən iki hökmdarın məhkəməsi idi. Şiə ruhu ilə tarix yazmış Şah babamız, məktublarında bir şiri xatırladan qorxaqın əzəmət sarayını darmadağın etdi. Osmanlı tarixçiləri Şah İsmayılı nə qədər kafirlik ilə ləkələsələr də, onun şücaətini etiraf edəcək qədər aciz qalmışdılar.
Çaldıran döyüşü, meydana Hüseyni ruh ilə girmiş və 7 dəfə at dəyişərək meydana qorxu salan bir Şah ilə cəsarətini itirib dağın təpəsində döyüşü qorxu izləyən sultanın tarixidir.
Çaldıran döyüşü yorulmaz mücahid şiələrin növbəti Kərbəlası və kimliyimizin izharıdır. Biz ən çətin zamanlarda belə Allaha və Peyğəmbər Əhli-beytinə olan imanını itirməmiş bir şahın və orada öz qanını Kərbəla şəhidlərinin qanlarına qarışdıran şəhidlərin övladıyıq.
Bu iki şəxsin ölümü də həyatlarının izahı kimi idi. Yavuz Səlim çiban yarasını qaşıyaraq öz ölümünü axmaqlığı ilə qabaqladı. Şah İsmayıl isə rəbbinə zikrlər ilə qovuşdu.
Qələbə o zaman olur ki, əldə edəcəyin bir şey olsun. Adını tarixə Yavuz (qəddar) ləqəbi ilə yazan Sultan Səlim namərdliklə qələbə qazansa da, Şiə məmləkətinə atdığı hər addımda qorxu keçirirdi. Səfəvi sərkərdələri Şah İsmayılın ölüm xəbərini alsa da, şəhadəti zalımın sözündən üstün tutdular. Bugün bizim Yezid xislətli Sultanın namərdliyi ilə lənət qazandığı və Şah İsmayılın Hüseyni müqavimətinin qəlbləri fəth etdiyi və şiə xəttindən çıxmadığı gündür. Allah Çaldıran şəhidlərinə rəhmət etsin.
Mirzə Əli Deyləm
136 ·