ChatCrawlersearch across public Telegram Open the app
D

Diskurs

4 members
21 August 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #6 Səfəvi tarixçiləri Şah İsmayıl qiyamını İmam Hüseynin başlatdığı hərəkatın və davamında cərəyan edən şiə qiyamlarının varisi hesab edir Xacə Zeynəlabidin Şirazi, Təkmilətül-Əxbar, s, 25-26
101 ·
22 August 2026
I
Фотография
click to show
Çaldıran döyüşü təfəkkürlərin müharibəsi idi. O gün Çaldıran düzənliyində Əli və Müaviyə təfəkkürü vuruşurdu. Bu gün tarix, toplar arxasında gizlənmiş bir ata qatili ilə cəsarət və imanının gücü ilə meydana girmiş iki şəxsin mübarizəsinə şahid oldu. Çaldıran döyüşü sanki, keçmişlərini döyüş meydanlarında sərgiləyən iki hökmdarın məhkəməsi idi. Şiə ruhu ilə tarix yazmış Şah babamız, məktublarında bir şiri xatırladan qorxaqın əzəmət sarayını darmadağın etdi. Osmanlı tarixçiləri Şah İsmayılı nə qədər kafirlik ilə ləkələsələr də, onun şücaətini etiraf edəcək qədər aciz qalmışdılar. Çaldıran döyüşü, meydana Hüseyni ruh ilə girmiş və 7 dəfə at dəyişərək meydana qorxu salan bir Şah ilə cəsarətini itirib dağın təpəsində döyüşü qorxu izləyən sultanın tarixidir. Çaldıran döyüşü yorulmaz mücahid şiələrin növbəti Kərbəlası və kimliyimizin izharıdır. Biz ən çətin zamanlarda belə Allaha və Peyğəmbər Əhli-beytinə olan imanını itirməmiş bir şahın və orada öz qanını Kərbəla şəhidlərinin qanlarına qarışdıran şəhidlərin övladıyıq. Bu iki şəxsin ölümü də həyatlarının izahı kimi idi. Yavuz Səlim çiban yarasını qaşıyaraq öz ölümünü axmaqlığı ilə qabaqladı. Şah İsmayıl isə rəbbinə zikrlər ilə qovuşdu. Qələbə o zaman olur ki, əldə edəcəyin bir şey olsun. Adını tarixə Yavuz (qəddar) ləqəbi ilə yazan Sultan Səlim namərdliklə qələbə qazansa da, Şiə məmləkətinə atdığı hər addımda qorxu keçirirdi. Səfəvi sərkərdələri Şah İsmayılın ölüm xəbərini alsa da, şəhadəti zalımın sözündən üstün tutdular. Bugün bizim Yezid xislətli Sultanın namərdliyi ilə lənət qazandığı və Şah İsmayılın Hüseyni müqavimətinin qəlbləri fəth etdiyi və şiə xəttindən çıxmadığı gündür. Allah Çaldıran şəhidlərinə rəhmət etsin. Mirzə Əli Deyləm
136 ·
25 August 2026
I
Фотография
click to show
Şah İsmayıla atılan iftiralardan biri də, güya Şah İsmayılın Hənəfi məzhəbinin imamı Əbu Hənifənin qəbrini dağıtmasıdır. İddianı araşdırdıqda müəmmalı bir çox nöqtə diqqətimizi çəkmişdi: 1) Mötəbər mənbələrdə o cümlədən, Mövlana Məhəmməd Ədayi Şirazinin “Səlimnamə”, İdris Bidlisinin “Səlimşahnamə” və Şərəf xan Bidlisinin “Şərəfnamə”, Məlik Şah-Hüseyn Sistaninin “Tarix-i ihyaül-müluk”, Mirzə bəy Cünabədinin “Rövzətüs-Səfəviyyə”, Mirzə Məhəmməd Məsumun “Tarix-i səlatin-i Səfəviyyə”, Həsən bəy Rumlunun "Əhsənüt-Təvarix", İsgəndər bəy Münşi Türkmanın "Aləmarayi-Şah Abbas" əsərlərində bu barədə bir cümlə belə yer almamışdır. 2) Hadisəni rəvayət edən tarixçilər adı çəkilən hadisədən illər sonra yaşamışdır. 3) Sensasiya doğura biləcək belə bir hadisə bölgənin üləma və hakimlərindən o, cümlədən rəsmi məzhəbi hənəfi olan Osmanlı sultanlarından heç bir reaksiya almamışdır. Hətta Səfəvi tərəfdarlarının kafir olub, qanlarının halal olduğu bildirilən fətvalarda belə bu hadisədən söz açılmır. 3) Prof. Dr. Ekrem Buğra Ekinci kimi tarixçilər bu hadisənin baş verməsinə şübhə ilə yanaşmış və tarixi olaraq sübut olmadığını bildirmişlər. 📱 Facebook 🌐 Instagram
116 ·
27 August 2026
Файл
ChatGPT Image 15 авг. 2026 г., 17_09_22.png · 2.3 MB · click to show
102 ·
I
Файл
ChatGPT Image 15 авг. 2026 г., 17_06_20.png · 2.3 MB · click to show
108 ·
29 August 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #7 Dünya tarixində ilk dəfə döyüş meydanında güllə yarası alan şah, Şah İsmayıl olmuşdur Məhəmməd Yusif İsfahani. Xolde bərin. Tehran, 1372, s.241 📱 Facebook 🌐 Instagram 🤩Tiktok
55 ·
30 August 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #8 Şah İsmayılın övladlarına qoyduğu adlar Şahnamə-şiə kimliyinə əsaslanırdı
43 ·
31 August 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #9 Şah İsmayıl Lahicanda dünyagörüşünü formalaşdıran 6 illik təhsil dövründə Fars dili, Ərəb dili və Quran təlimi ilə məşğul olmuşdur. Mehman Süleymanov, Şah İsmayıl Səfəvi, s, 714
15 ·
1 September 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #10 Şah İsmayıl müasirlərindən fərqli olaraq, qardaşlarının ölüm fərmanını imzalamamış yeganə hökmdardır. 📱 Facebook  🌐 Instagram 🤩Tiktok
139 ·
2 September 2026
Фотография
click to show
Səfəvilərin Seyyidliyi üzərindəki mübahisələrin tarixi və Seyyidliyin isbatı #1 Səfəvilərin seyyid mənşəyinin ilk dəfə şübhə altına alınması Osmanlı sultanı I Süleymanın dövrünə təsadüf edir. Şah Təhmasib öz təzkirəsində qeyd edir ki, (İsgəndər Paşanın) qürurunun çoxluğu və ədəbsizliyi işi o yerə çatdırdı ki, bizim seyyidlik nəslindən məhrum olduğumuzu elan etdi." (Şah Təhmasibin təzkirəsi, s: 66 ) Sonrakı mərhələlərdə bu şübhə əsasən şiəlik əleyhdarları tərəfindən istifadə edilmiş, lakin XX əsrə qədər iddialar elmi müstəvidə geniş yer tutmamışdır. 1927-ci ildə tarixçi və publisist Əhməd Kəsrəvi tərəfindən irəli sürülən bəzi tezislər səfəvişünaslıqda yeni mübahisələrin meydana çıxmasına səbəb olmuşdur. Əhməd Kəsrəvi bu mövzu ətrafında çıxış edən ilk tədqiqatçılardan biri hesab olunur. O, seyyid mənşəli və türkdilli olsa da, əsərlərində əsasən sekulyar və fars milliyyətçiliyi mövqeyindən çıxış etmişdir. Bu tarixçinin iddialarında mövcud olan qərəzinin səbəbi öz ideologiyasına Səfəviləri qoşa bilməməsidir. Səfəvilərin özlərini "seyyid" olaraq tanıtması və şəriət əsaslı dövlət quruluşuna malik olmaları hər radikal millətçi üçün qərəz doğurur. Çünki bu xüsusiyyətlərə malik olan bir dövlət müasir islamofob düşüncə ilə formalaşmış (türk və fars) milliyyətçi cərəyanların diskurs quruculuğu üçün yararsız hesab edilir və onlar üçün müsbət təəssürat yaratmır. Bu keçən əsrdə də belə idi, müasir dövrümüzdə də belə qalmışdır. Əbülqasim Səhab "Tarixe zəndeganiye Şah Abbas Kəbir” adlı əsərində yazır: “Bu sülalənin mənşəyi haqqında bəzi alimlərin yanlış fikir söyləməsinin səbəbi qərəzdən başqa bir şey deyildir.”   İddianın irəli sürüldüyü dövr də nəzərdən qaçırılmamalıdır. Mənfur Pəhləvi rejimi lehinə fəaliyyət göstərən araşdırmaçı tərəfindən irəli sürülən bu iddialar İranda şiə instutunu zəiflətməyə yönəlmiş məqsədli fəaliyyət silsiləsinin tərkib hissəsi idi. Onun fəaliyyətləri elmi camiədə öz təsirini buraxsa da, tarixi faktlar və sənədlər iddianın əsassızlığını ortaya qoymaq
131 ·
I
Фотография
click to show
"Mübarizə" adlı yeni tərcümə yoldadır... 📱 Facebook  🌐 Instagram 🤩Tiktok
123 ·
3 September 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #11 Şah İsmayıl 24 illik hakimiyyəti dövründə əkinçiləri altı dəfə vergidən azad etmişdir. Eşton Metz, Con Bark. Şah-e cəng- e iraniyan dər Çaldıran və yunan. s. 423 📱 Facebook  🌐 Instagram 🤩Tiktok
124 ·
4 September 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #12 İslam ümmətinin Şəhid Rəhbəri Seyyid Əli Xamenei Şah İsmayıl və tərəfdarlarını "Mücahid Ariflər" deyə vəsf etmişdir İmam Seyyid Əli Xameneinin 24 İyul 2000-ci ildəki çıxışı 📱 Facebook  🌐 Instagram 🤩Tiktok
120 ·
5 September 2026
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #13 Şah İsmayıl məktublarında apardığı mübarizənin məqsədinin "şəriəti bərqərar etmək" olduğunu bəyan etmişdir. Şah İsmayılın Əlvənd Mirzəyə məktubundan
146 ·
I
Файл
Muğam.pdf · 300 KB · click to show
Konservatoriyanın kitabından kəsilmiş bir hissədir. Muğamın İslam dini ilə bağlılığı haqqındadır
140 ·
7 September 2026
I
Фотография
click to show
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #14 İslam ümmətinin şəhid rəhbəri Seyyid Əli Xameneinin birbaşa təbliğ olunmasına göstəriş verdiyi yeganə dövlət Səfəvi dövlətidir. Şəhid Rəhbərin Əliəkbər Vilayətiyə ünvanladığı məktubunda
119 ·
9 September 2026
I
Видео
4.5 MB · click to show
İran, Qum Bir meyvə şirəsi satıcısı meyvələri insanların gözü qarşısında sıxaraq təzə şirə hazırlayır və müştərilərə təqdim edir.
109 ·
10 September 2026
11 September 2026
Фотография
click to show
Azərbaycan Araşdırma Mərkəzi yeni tərcümə kitabını sizlərə təqdim edir. Əsərin adı: Mübarizə Tərcüməçi: Mirzə Əli Deyləm “Mübarizə” kitabı İmam Musa Sədrin müxtəlif dövrlərdə etdiyi seçilmiş çıxış və müraciətləri bir araya gətirir. Əsərdə təşkilatlanma, ümid, azadlıq, insan kəraməti, xalqa xidmət və zülmə qarşı mübarizə əsas mövzular kimi ön plana çıxır. 📚 Xoş mütaliələr
117 ·
I
Файл
İmam Musa Sədr - Mübarizə (1).pdf · 562 KB · click to show
“Mübarizə” kitabı İmam Musa Sədrin müxtəlif dövrlərdə etdiyi seçilmiş çıxış və müraciətləri bir araya gətirir. Əsərdə təşkilatlanma, ümid, azadlıq, insan kəraməti, xalqa xidmət və zülmə qarşı mübarizə əsas mövzular kimi ön plana çıxır. ♥️ Xoş mütaliələr
126 ·
20 September 2026
I
Видео
11.4 MB · click to show
Bağdad Universitetinin fəlsəfə professoru Kamil Mustafa əş-Şeybi yazır: Şah İsmayıl Səfəvinin hərəkatı, əvvəlki Ələvi üsyanlarının bir növ yekunu və zirvəsi kimi meydana çıxdı; bu hərəkat o qədər güclü idi ki, İslam dünyasının bütün şərqini silkələdi. O, atalarının uzun illər boyunca hazırladığı ideoloji və mənəvi zəmin üzərində yüksələrək bütün İranı bir bayraq altında birləşdirdi. Azərbaycan Araşdırma Mərkəzi
50 ·
Архив по месяцам
Каталог площадок Искать в ChatCrawler

A snapshot of an open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog