English
Open in Telegram
AAzad İran

Azad İran

✅ High trust
@AzadIranTelegram · channel · indexed since 2026-05-21
5 475subscribers
297average post reach
5.4%ER — reach to subscribers
853posts in 30 days
Azad İran
Photo
🇺🇸 Sallivan: “🇮🇷 İrana zərbələr nüvə problemini həll etməyəcək” 🗣🚀☢️ ABŞ-nin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İrana qarşı hərbi zərbələrin ölkənin nüvə proqramını tamamilə aradan qaldıra bilməyəcəyini bildirərək, Tehranla razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb. Sallivanın sözlərinə görə, hərbi hücumlar İranın nüvə proqramının inkişafını müəyyən müddətə ləngidə bilər, lakin ölkənin zənginləşdirilmiş uran ehtiyatlarını, sentrifuqalarını və nüvə sahəsində çalışan alimlərini aradan qaldırmayacaq. “İranı bombalayıb onun nüvə proqramını geri sala bilərsiniz. Ancaq sonda İranın əlində yenə də zənginləşdirilmiş uran, sentrifuqalar və alimlər qalacaq. İranın nüvə silahı hazırlamaq yolunda irəliləməsinə yoxlanıla bilən məhdudiyyətlər qoymağın yeganə yolu razılaşma əldə etməkdir”, – deyə o əlavə edib. (Entekhab) #ABŞ #İran #hücum Kanala abunə olun
80 ·
Video
IMG_4103.MOV · 11.5 MB
🇮🇷 Pezeşkian 🇺🇸 Vaşinqtonla dialoqun şərtini açıqladı Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların mümkünlüyü üçün Vaşinqtonun İrana qarşı təzyiq və təhdidlərə son qoymalı olduğunu bildirib. Pezeşkianın sözlərinə görə, ABŞ ilk növbədə İran xalqının hüquqlarını tanımalı, təzyiq və təcavüz siyasətindən əl çəkməlidir. O qeyd edib ki, yalnız bundan sonra tərəflər bir araya gələrək dialoq apara bilərlər. “Bütün yolları bağlayıb hədə-qorxu gəlmək, eyni zamanda danışıqlardan bəhs etmək mümkün deyil”, – deyə İran prezidenti vurğulayıb.  (Tasnim News) #İran #Pezeşkian #ABŞ #danışıqlar #şərtlər Kanala abunə olun
49 ·
Reply🇮🇷🇵🇰 İran Prezidenti Pezeşkian Tehranda Pakistan Silahlı Qüvvələrinin komandanı Muniri qəbul edib 👮‍♂ Tərəflər İslamabadın vasitəçilik səylərini və bölgədəki vəziyyəti müzakirə ediblər. Eləcə də qeyd olunub ki, Pakistan Tehran ilə 🇺🇸 Vaşinqton arasında dialoqu dəstəkləməyə davam edir. Söhbət zam
Photo
🇮🇷 Pezeşkian: “🇺🇸 ABŞ əvvəlcə sanksiyaları və təhdidləri aradan qaldırmalıdır” Dünən İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların başlanması üçün Vaşinqtonun İrana qarşı sanksiyaları ləğv etməli, təzyiq və təhdidlərə son qoymalı olduğunu bildirib. Pezeşkian bu barədə Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə görüşü zamanı danışıb. O, İran xalqının ABŞ-yə etimad göstərmədiyini və danışıqların başlanacağı təqdirdə Vaşinqtonun yenidən İrana hücum edə biləcəyindən narahatlıq duyduğunu qeyd edib. İran prezidenti, eləcə də ABŞ-ni ölkədəki vəziyyəti qeyri-sabitləşdirmək məqsədilə informasiya müharibəsi aparmaqda ittiham edib. Onun sözlərinə görə, İran heç bir dövlətə hücum etmir, lakin hərbi təcavüz qarşısında da geri çəkilməyəcək. Dövlət başçısı müharibənin nə İranın, nə bölgənin, nə dünyanın, nə də ABŞ-nin maraqlarına uyğun olduğunu vurğulayıb. (Entekhab) #İran #Pezeşkian #ABŞ Kanala abunə olun
6 ·
Photo
🇮🇷 İranlı “ekspert” 🇦🇿 Azərbaycana qarşı uzunmüddətli plan ssenarisi yazdı 🤬 Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst iranlı siyasi şərhçi Ehsan Movəhhediyan “İran Diplomatiyası” (Iran Diplomacy) nəşrində çıxan məqaləsində həyasızcasına Azərbaycan hakimiyyətini ölkənin milli kimliyini dəyişdirməkdə və şiə dini ənənələrini zəiflətməkdə ittiham edib. 👇👇👇
🤮4
3 · 181 ·
Reply🇮🇷 İranlı “ekspert” 🇦🇿 Azərbaycana qarşı uzunmüddətli plan ssenarisi yazdı 🤬 Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst iranlı siyasi şərhçi Ehsan Movəhhediyan “İran Diplomatiyası” (Iran Diplomacy) nəşrində çıxan məqaləsində həyasızcasına Azərbaycan hakimiyyətini ölkənin milli kimliyini
O, ikiüzlülüklə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini İranın milli təhlükəsizliyi üçün təhdid adlandıraraq, Tehranı Bakıya qarşı daha fəal strategiya yürütməyə çağırıb. Ekspertin uydurmasına görə, vahid məktəb geyimi ilə bağlı qaydalar, din xadimlərinin fəaliyyətinə nəzarət vahid siyasətin tərkib hissəsidir. O, bu proseslərin gələcəkdə İranın Qafqazdakı təsirini zəiflədə, İranın şimal-qərbində etnik gərginliyi artıra və iki ölkə arasında təhlükəsizlik problemləri yarada biləcəyini yazıb. Qərəzli ekspert İranın Türkiyə və Rusiya ilə diplomatik əməkdaşlığı genişləndirməsini, eləcə də Bakıya qarşı siyasi təzyiq imkanlarını artırmasını təklif edib. Görünür, Movəhhediyan özünü həm siyasi şərhçi, həm də gələcəyi proqnozlaşdıran mütəxəssis hesab edir. Təəssüf ki, bu qədər iddianın arasında konkret sübutlar və əsaslandırılmış təhlil arxa plana keçir. Azərbaycanla bağlı hər mövzuda hökm verməyə tələsən “ekspert”in bircə şeyi unutduğu görünür: proqnoz yazmaq asandır, onu faktlarla əsaslandırmaq isə tamam başqa məsələdir. #İran #ekspert #qərəzlifikirlər #Azərbaycan Kanala abunə olun
🤮3
2 · 193 ·
Video
IMG_4112.MP4 · 16.8 MB
🇮🇷 İranda alüminium zavodunda tüstü müşahidə olunub 🏭😶‍🌫️ Bu gün Ərak şəhərindəki alüminium aavodundan tüstü və buxar qalxdığı müşahidə olunub. Müəssisənin əməkdaşlarından birinin paylaşdığı videoda səhər saatlarından etibarən zavoddan tüstü və buxarın xaric olduğu görünür. Hadisənin elektrik sistemində yaranan texniki nasazlıqdan qaynaqlandığını bildirib. Qeyd edilib ki, məhz bu nasazlıq zavoddan tüstü və buxarın çıxmasına səbəb olub. انتشار دود و بخار در کارخانه آلومینیوم اراک #İran #Ərak #alüminiumzavodu #tüstü Kanala abunə olun
🔥2
190 ·
Video
IMG_4122.MOV · 4.7 MB
Photo
Photo
🇵🇰 Pakistanda avtobus qəzaya uğradı: ölənlər və yaralananlar var 🚌😥 Bu gün səhər saatlarında Pakistanda avtobusun aşması nəticəsində 10 nəfər həlak olub, daha 44 nəfər isə xəsarət alıb. Məlumata görə, avtobus yüksək sürətlə hərəkət edərkən aşıb. Hadisədən sonra sürücü ərazidən qaçıb. Yerli hakimiyyət orqanının rəsmisi bildirib ki, qəza ilə bağlı həm sürücü, həm də avtobus sahibi barəsində iş açılacaq. #Pakistan #avtobus #qəza #ölüm Kanala abunə olun
188 ·
Video
IMG_4125.MOV · 2.7 MB
Video
IMG_4126.MOV · 185 KB
🇮🇷 İranda hərbçilər etnik bəluçu güllələdilər 🔥😢🤬 Bu gün səhər saatlarında Xaş şəhərində hərbi və təhlükəsizlik qüvvələrinin təqib etdiyi avtomobilə atəş açması nəticəsində ən azı bir etnik bəluç həlak olub. Məlumata görə, hərbi və təhlükəsizlik qüvvələri avtomobili təqib etdikdən sonra xəbərdarlıq etmədən və sürücüyə dayanmaq əmri vermədən nəqliyyat vasitəsinə atəş açıblar. Təxminən bir saat davam edən atışma nəticəsində azı bir nəfərin öldüyü bildirilir. (“Halvəş” Teleqram kanalı) کشته‌‌ شدن دست کم یک شهروند بلوچ در پی تعقیب‌ و گریز و تیراندازی نیروهای نظامی و امنیتی در شهر خاش #İran #təhlükəsizlikqüvvələri #silahlıhücum #etnikbəluç #ölüm Kanala abunə olun
2 · 191 ·
Photo
🇮🇷 Ekspert Xəzər dənizinin adının dəyişdirilməsinə qarşı çıxdı 🌊 “İran Diplomatiyası” (Iran Diplomacy) nəşrində dərc olunan məqalədə ölkənin dövlət televiziyası və digər media qurumlarının Xəzər dənizinin fars dilində işlədilən adını dəyişdirərək “Kaspian” adından istifadə etməyə başlaması tənqid olunub. 👇👇👇
👍2
2 · 170 ·
Reply🇮🇷 Ekspert Xəzər dənizinin adının dəyişdirilməsinə qarşı çıxdı 🌊 “İran Diplomatiyası” (Iran Diplomacy) nəşrində dərc olunan məqalədə ölkənin dövlət televiziyası və digər media qurumlarının Xəzər dənizinin fars dilində işlədilən adını dəyişdirərək “Kaspian” adından istifadə etməyə başlaması tənqid o
Məqalənin müəllifi olan keçmiş İran diplomatı və siyasi analitik Kuruş Əhmədi bu təşəbbüsün rəsmi qurumlarla razılaşdırılmadan həyata keçirildiyi təqdirdə çaşqınlıq və əlavə mübahisələrə səbəb ola biləcəyini bildirib. Əhmədi qeyd edib ki, İranda 2002-ci ildə qəbul edilmiş qərara əsasən, ölkə daxilində fars dilində “Xəzər”, xarici mətnlərdə və beynəlxalq sənədlərdə isə “Kaspian” adından istifadə olunması müəyyənləşdirilib. Onun sözlərinə görə, bu qərar coğrafi adların standartlaşdırılması üzrə ixtisaslaşmış komitənin araşdırmalarına əsaslanıb və sonradan müxtəlif tarixlərdə yenidən təsdiqlənib. Müəllif hesab edir ki, belə adların dəyişdirilməsi media qurumlarının öz təşəbbüsü ilə deyil, müvafiq rəsmi prosedurlar çərçivəsində həyata keçirilməlidir. Müəllif əlavə edib ki, İranın Fars körfəzinin tarixi adının qorunması ilə bağlı mövqeyi nəzərə alınarsa, Xəzərin adını dəyişdirmək təşəbbüsü də ölkə üçün arzuolunmaz mübahisələr yarada bilər. Onun fikrincə, yeni adın tətbiqi daxildə fikir ayrılıqlarına səbəb olmaqla yanaşı, diplomatik çətinliklər də yarada bilər. Ekspert problemin həlli üçün təklifin müvafiq dövlət komitəsinə təqdim olunmasını və qərarın rəsmi qaydada yenidən nəzərdən keçirilməsini tövsiyə edib. #İran #təhrif #Xəzərdənizi #ad Kanala abunə olun
👍1
1 · 179 ·
Video
24.3 MB
🇮🇷 Moхber: "İrаn tаrixdə bütün müharibələrdə məğlub olub, təkcə İslam Respublikası dövründə məğlub olmayıb" 🤔 İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber deyib: "İranın tarixdə heç vaxt müharibədə uduzmadığı fikrinin əksinə olaraq, ölkə Qacar dövründə və Birinci Dünya Müharibəsində (bitərəf elan edilməsinə baxmayaraq) ağır məğlubiyyətlərə uğrayıb, əhali aclıq və xəstəlikdən əziyyət çəkib. Türkmənçay kimi müqavilələrdə verilən güzəştlər ölkənin qalan hissəsini qorumaq adı ilə izah edilsə də, hakimiyyətin zəifliyi üzündən torpaqların böyük hissələri əldən gedib. Həm Birinci, həm də İkinci Dünya Müharibəsi zamanı Pəhləvi şahlarının dövründə xarici qoşunların qarşısında ordular qısa müddətdə dağılıb, əsgərlər hətta silahlarını sataraq evlərinə qayıtmaq məcburiyyətində qalıb və nəticədə Bəhreyn kimi ərazilər itirilib". مخبر: ایران در تاریخ در همه جنگ‌ها شکست خورده فقط در زمان جمهوری اسلامی شکست نخورده #İran #müharibə Kanala abunə olun
🤮2😁1❤1
1 · 177 ·
Photo
🇮🇱 Netanyahunun paylaşımını bəyənən təbrizli həbs edildi 😱 Təhlükəsizlik məmurları Təbrizdə Vəhid Vidafər adlı şəxsi həbs ediblər. Bu barədə insan haqları fəalları məlumat yayıb. O, sosila mediada İsrailin baş naziri Benyamin Netanyahunun paylaşımını "bəyəndiyi" üçün saxlanılıb. Bildirilib ki, Nidafər avqustun 5-də həbs olunsa da, ailəsi məsələni ictimailəşdiməmək üçün təhdid edilib və həbs xəbəri oktyabrın 20-də yayılıb. Bir neçə həftə Kəşfiyyat Nazirliyinin yerli istintaq təcridxanasında dindirilən Vəhid Vidafər hazırda Təbriz həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Onun barəsində hansı ittihamın irəli sürüldüyü barədə açıqlama verilməyib. تداوم بازداشت و بلاتکلیفی وحید ویدافر در زندان تبریز علت بازداشت این شهروند «لایک کردن یکی از پست‌های صفحه بنیامین نتانیاهو» عنوان شده است #Təbriz #həbs #Netanyahu Kanala abunə olun
👏1😢1
3 · 177 ·
Photo
🇺🇸 ABŞ-🇮🇷 İran gərginliyi: 🇵🇰 Münir İrana ABŞ-nin "son xəbərdarlığını" çatdırıb 🔥 Oktyabrın 20-də Tehrana səfər edən Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Münir özü ilə ABŞ-nin "son xəbərdarlığını" gətirib. Livanın "əl-Əxbar" nəşrinin məlumatına görə, bu xəbərdarlıq İrana hər hansı əlavə addım atmazdan əvvəl Vaşinqtonun nüvə güzəştləri ilə bağlı tələblərinə tabe olmağa çağırır. Bildirilir ki, əks təqdirdə, İran Külüng dağında yerləşən nüvə obyektlərinə qarşı yönəlmiş "miqyaslı hücum"la üzləşə bilər. Eyni zamanda, qeyd olunur ki, "diplomatik səylərin mürəkkəb vəziyyəti necə tənzimləyəcəyi və yeni müharibənin qarşısını alacağı hələlik qeyri-müəyyəndir". Məqalədə vurğulanır ki, Tehranda Rusiyanın vəziyyətin nizamlanmasındakı mümkün iştirakı və xüsusilə 🇷🇺 Lavrovun Tehrana səfərindən sonra gərginliyin azaldılması istiqamətindəki səyləri müzakirə olunur. #Pakistan #ABŞ #İran #xəbərdarlıq
❤1
1 · 160 ·
Photo
🇮🇱 Katz: "🇮🇷 İran İsraildəki seçkilərə təsir göstərə biləcək terror aktlarına cəhd edir" "İran rejimi tarixinin ən zəif vəziyyətindədir və biz dərk edirik ki, bu zəiflik onu ən kəskin addımlara sövq edə bilər", - deyə İsrailin müdafiə naziri İsrael Katz zabitlər üçün kursun buraxılış mərasimində bildirib. Nazirin sözlərinə görə, son günlərdə İsrail ordusu İslam Respublikasının və onun rəhbərlik etdiyi proksi qüvvələrin İsraildə keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir edəcək terror aktları təşkil etmək cəhdlərini qeydə alıb. "Əgər İran İsrailə hücum edərsə, İran yandırılacaq", - deyə o xəbərdarlıq edib. Katz bütün cəbhələrdəki vəziyyəti şərh edərək bir daha bəyan edib ki, İsrail ordusu Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarından çıxmayacaq. Qurum rəhbəri vurğulayıb ki, Hizbullah İranın İsrailə ehtimal edilən hücumuna qoşulacağı təqdirdə "ən ağır zərbələri alacaq". #İsrail #seçkilər #İran Kanala abunə olun
163 ·
Photo
🇮🇷 Qalibaf ilk dəfə Müctəba Xameneyi ilə görüşüb 👳‍♂ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin ali rəhbəri Müctəba Xameneyi ilə görüşüb. Görüşdə ABŞ və İsrailin İrana qarşı hərbi, iqtisadi müharibəsindəki son proseslər müzakirə olunub. Tərəflər ölkənin güc amillərinin möhkəmləndirilməsini, parlament üzvlərinin milli birlikdə rolu və hökumətlə parlamentin iqtisadi çətinliklərin həlli istiqamətində əməkdaşlığının vacibliyini vurğulayıblar. Qalibaf sonuncu sərt müharibənin başlanmasından bəri parlamentin fəaliyyəti və gələcək planları barədə hesabat verib. (IRNA) دیدار قالیباف با مجتبی خامنه ای #İran #Qalibaf #MüctəbaXameneyi #görüş Kanala abunə olun
🔥1🤮1
168 ·
Photo
🇮🇷 İranda hicaba görə daha üç iaşə obyekti bağlandı 🤬 İranın Ciroft şəhərində biri kafe, ikisi gözəllik salonu olmaqla daha üç iaşə obyektinin fəaliyyəti qadağan edilib. Bu barədə şəhərin polis idarəsi məlumat yayıb. İaşə obyektlərinin "İslam qaydalarına əməl edilməməsi"nə görə lisenziyasının ləğv edildiyi bildirilib. Yerli ictimai fəalların sözlərinə görə, son aylar məcburi hicab qaydalarının pozulması səbəbindən fəaliyyəti qadağan eilən iaşə obyektlərinin sayı kəskin artıb. پلمب یک کافه و دو آرایشگاه زنانه در جیرفت به دلیل عدم رعایت شئونات اسلامی #İran #məcburihicab #iaşəobyekti #qadağa Kanala abunə olun
161 ·
Video
27.2 MB
🇷🇺 Putin: "🇮🇷 İran böhranına kömək etməyə hazırıq" 🗣 Bu gün Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin 🇺🇸 Trampın xüsusi elçisi Stiv Uitkofla görüşüb. Görüş zamanı Putin qeyd edib ki, Rusiyanın İranla onilliklər ərzində qurulmuş xüsusi münasibətləri var. "Əgər biz bu böhranın həllinə heç olmasa bir az kömək edə bilsək, bunu böyük məmnuniyyətlə edəcəyik", – deyə Putin bildirib. Onun sözlərinə görə, Moskvanın Yaxın Şərqdəki vəziyyətlə bağlı ABŞ-nin qiymətləndirməsini öyrənməsi maraqlıdır. Görüşdə Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığın mümkün bərpası mövzusuna da toxunulub. پوتین در دیدار با فرستاده ترامپ: با کمال میل به حل بحران ایران کمک می‌کنیم #Rusiya #Putin #İran #ABŞ Kanala abunə olun
🤮2😁1
1 · 164 ·
Video
31.0 MB
🇮🇷 İranın ali rəhbəri Əli Xameneyinin vəsiyyətnaməsi hələ də tapılmayıb 👳‍♂ Sabiq ali rəhbərin həlak olmasından yeddi aydan çox vaxt keçməsinə baxmayaraq, onun vəsiyyətnaməsinə əlçatanlıq təmin edilməyib. Bu barədə Ekspertlər Şurasının üzvü Səid Solh-Mirzai bildirib. O qeyd edib ki, sənəd Xameneyinin iqamətgahında olub və həmin bina zərbədən sonra yeddi-səkkiz saat yanıb. Xameneyiyə yaxın şəxslərdən birinin ona verdiyi məlumata görə, vəsiyyətnamənin skan edilmiş surətinin olduğu kompüter də məhv olub. Solh-Mirzai başqa nüsxələrin olmamasını Xameneyinin sənədə hələ də düzəlişlər etməsi və vəsiyyətnamənin xüsusi saxlanma şəraiti tələb etməsi ilə izah edib. Vəsiyyətnamənin yanması ilə bağlı Ekspertlər Şurasının üzvü dəqiqləşdirmə verib: sənədin tamamilə məhv olduğunu iddia etmək düzgün deyil — hələlik söhbət yalnız ona əlçatanlığın olmamasından gedir. #İran #ƏliXameneyi #vəsiyyətnamə Kanala abunə olun
🤮1
151 ·
Video
39.0 MB
🇮🇷 İran rəsmisi: "🇺🇸 Trampın ana bombası varsa, bizim nənə bombamız var" 🗣💣 İranın daxili işlər nazirinin müavini Əli Zeynivənd bu gün mətbuat konfransında ABŞ prezidenti Donald Trampın "İrana qarşı bütün bombaların anasından istifadə etmək" hədələrinə cavab olaraq deyib: "Əgər onun ana bombası varsa, bizim nənə bombamız var". Bundan əvvəl də prezident Məsud Pezeşkianın müdafiə və hərbi işlər üzrə müavini Məcid İbn ər-Rza amerikalılara ünvanladığı müraciətdə bu ölkənin bombalarının adının və ölçülərinin əhəmiyyətsiz olduğunu bildirmiş və iddia etmişdi ki, bunlardan istifadənin fəsadları ABŞ-nin qlobal nüfuzuna və iqtisadiyyatına zərbə vuracaq. معاون سیاسی وزارت کشور: «اگر ترامپ بمب مادر دارد، ما بمب مادربزرگ داریم» #İran #ABŞ #bomba Kanala abunə olun
😁2
128 ·
Photo
🇮🇱 Netanyahu: "🇮🇷 İranda rejim devrilməlidir, çünki yeni lider Müctəba Xameneyi atasının yolunu davam etdirir" İsrailin baş naziri Benyamin Netanyahu bu gün İsrail ordusunun zabitlərinin buraxılış mərasimində bildirib ki, İranın yeni ali rəhbəri Müzctəba Xameneyi atasının yolunu davam etdirmək qərarına gəlib və İran yenidən atom bombası yaratmağa çalışır. "Yeni diktator Müctəba Xameneyi atasının yolunu davam etdirmək qərarına gəlib. O, təhlükəsizlik halqasını çəkib və İran rejimi yenidən ölümcül bombalar istehsal etməyə çalışır", - deyə Netanyahu bildirib. Onun sözlərinə görə, bu təhlükəni qəti şəkildə aradan qaldırmağın yeganə yolu İslam Respublikasının devrilməsidir. Baş nazir qeyd edib ki, o,  "Mossad"a və təhlükəsizlik xidmətlərinə müvafiq əmr verib. Netanyahu, iddia edir ki, İsrail və ABŞ-nin hərbi əməliyyatları İranın nüvə potensialının 90%-ni məhv edib, lakin onun bərpası istiqamətində işlər hələ də davam edir. #İsrail #Netanyahu #İran #Xameneyi Kanala abunə olun
👍3
1 · 107 ·
Photo
Əraqçı: "🇮🇷 İran müəyyən şərt daxilində diplomatiyaya bir şans daha verməyə hazırdır" "İran etimadın gücləndirilməsi və ədalətli qərara nail olunması istiqamətində 🇺🇸 ABŞ-nin səmimi səylərinə dair inandırıcı sübutlar görəcəyi təqdirdə, diplomatiyaya bir şans daha verməyə hazırdır", - deyə İranın xarici işlər naziri Abbas Əraqçı özünün "X" hesabında yazıb. Bununla belə, nazirin qeyd etdiyi kimi, əgər Vaşinqton müharibəni seçərsə, bu, "daha böyük strateji uğursuzluğa gətirib çıxaracaq". #İran #Əraqçı #ABŞ #danışıqlar Kanala abunə olun
82 ·
A
Photo
🛑 TƏCİLİ 🇺🇸 ABŞ 🇮🇷 İrana hücum etdi 🚀 ABŞ İranın Hormozqan əyalətinin Kuhəstək şəhərinə iki raket zərbəsi endirib. İranın Sirik şəhərinə də hücum edildiyi bildirilir. ساعت ۲۱ امشب ٫ امریکا با دو موشک به کوهستک هرمزگان حمله کرده است حملات امشب امریکا به سیریک #ABŞ #İran #hücum Kanala abunə olun
1 · 58 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count