#Vergi ödəyicilərinin nəzərinə!
20.07.2026-cı il tarixi aşağıdakı bəyannamələrin və hesabatların təqdim edilməsinin son günüdür:
- Əlavə dəyər vergisinin bəyannaməsi;
- Aksiz bəyannaməsi;
- Yol vergisi bəyannaməsi;
- Mədən vergisi bəyannaməsi;
- Sadələşdirilmiş verginin bəyannaməsi;
- Xüsusi notariusların gəlir vergisi bəyannaməsi;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat);
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi;
- Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi;
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi.
✅@Bestaccounting94
Mühasibatlıq - Praktiki 1C ,Vergi uçotu,HR
Фотография
click to show
click to show
♿ İşəgötürən əlilliyi olan şəxslər üçün müəyyən edilmiş iş yerlərinin standartlarına cavab verən iş yerinin və əmək şəraitinin yaradılmasını təmin etməlidir. 💼✅
#ƏƏSMN #ƏMAS #ƏməkHüquqları #ƏlilliyiOlanŞəxslər #Bərabərİmkanlar #ƏməkQanunvericiliyi
Nəzarət-kassa aparatı işləmədikdə vergi ödəyicisi nə etməlidir?
İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin eedilməlidir.
NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.
NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir.
✅@Bestaccounting94
Фотография
click to show
click to show
Mühasibat • Vergi • 1C xidmətləri
Fərdi sahibkarlar, fiziki və hüquqi şəxslər üçün mühasibat və vergi uçotunun aparılması, aylıq, rüblük və illik hesabatların hazırlanması və Dövlət Vergi Xidmətinə təqdim edilməsi.
📄 Ərizə, məlumat və arayışların hazırlanması daxil olmaqla tam autsorsinq xidməti.
🔍 Uçotdakı səhvlərin və boşluqların aşkarlanması, vergi risklərinin və cərimələrin qarşısının alınması.
🗂️ Daxili sənəd reyestri, elektron arxiv və daimi Backup sisteminin yaradılması.
📑 Debitor və kreditor müqavilələrinin hüquqi və biznes baxımından yoxlanılması.
🏢 Turizm, sağlamlıq və restoran sahələri üçün uçot və maliyyə sisteminin qurulması.
💻 1C qurulması, optimallaşdırılması və texniki dəstək.
Pərakəndə ticarət sahəsində təhtəlhesab şəxs vasitəsilə alınana malların mədaxilinin sənədləşdirilməsi
Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. #Vergi
✅@Bestaccounting94
Təsis sənədlərində dəyişiklik baş verdikdə hansı müddətdə vergi orqanına bu barədə məlumat təqdim edilməlidir?
Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
#Vergi
✅@Bestaccounting94
Mühasibatlıq - Praktiki 1C ,Vergi uçotu,HR
Фотография
click to show
click to show
ℹ️ Əmək müqaviləsinin şərtləri imkan verdikdə işçi əsas iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər.
⚠️ Əvəzçilik üzrə iş vaxtının müddəti normal iş vaxtının yarısından çox ola bilməz.
📌 İş vaxtından sonra əlavə iş yerində əvəzçilik üzrə işləmək üçün əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir.
#ƏMAS #Mühasib #ƏməkMəcəlləsi #ƏməkMünasibətləri #Əvəzçilik
A rezident şəxsi qeyri-rezidentdən 100 000 manat dəyərində mal əldə edib. Lakin, maliyyə məsələləri ilə bağlı idxal edilmiş malların dəyərini ödəyə bilmədiyinə görə sonradan B rezident şəxsinin qeyri-rezident şəxs qarşısındakı borcunun ödənilməsi məqsədi ilə müqavilə bağlamaq niyyətindədir.
Bəs B rezident şəxsi A rezident şəxsinin idxal etdiyi mallara görə borcunu öz adından ödəyə bilərmi?
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.4-cü maddəsinə əsasən bu Qaydaların 4.3.1.6-cı yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, idxal müqaviləsi üzrə malın (xidmətin) dəyəri yalnız mal (xidmət) alan şəxs tərəfindən ödənilə bilər.
#Vergi auditi
✅@Bestaccounting94
Фотография
click to show
click to show
📊 1C Proqramının Mühasibat Uçotu və Müəssisə bazası üzrə İntensiv Kurslar
Mühasibatlıq sahəsində işləmək və ya biliklərini inkişaf etdirmək istəyənlər üçün praktiki yönümlü 1C təlim proqramı. Təlim real iş prosesinə uyğun şəkildə keçirilir və iştirakçılara proqram üzərində işləmə bacarıqları qazandırır.
💻 Təlim zamanı:
• Hər bir iştirakçının kompüterinə 1C proqramının tam işlək versiyası quraşdırılır
• Təlimin sonunda iştirakçılara əlavə olaraq 1 boş 1C bazası təqdim olunur
• Dərs zamanı və dərsdən kənar vaxtlarda iştirakçıların iş prosesində qarşılaşdıqları çətinliklərlə bağlı dəstək və məsləhət verilir
⏳ Kursun ümumi müddəti: 2 ay
📚 Tədris modulları:
1️⃣ 1C və mühasibat uçotunun əsasları
2️⃣ 1C proqramının funksionallığı və hesabatların hazırlanması
🌐 Dərslərə onlayn formada qoşulmaq mümkündür.
🎯 Təlim Mühasiblər, HR-lar, Anbardar və mühasibatlığı öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
📌 Yerlər məhduddur!
Ətraflı məlumat və qeydiyyat üçün:
📲 050 404 56 84
#Mühasibatlıq #1C #Təlim
İctimai iaşə fəaliyyəti göstərən şəxslər hansı halda 6 faiz vergi ödəyirlər?
İctimai iaşə fəaliyyəti ilə məşğul olmaqla vergi tutulan əməliyyatlarınızın həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıqdırsa və Siz sadələşdirilmiş vergitutma metodunu seçmişsinizsə, fəaliyyətinizdən əldə etdiyiniz vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) 8 faiz dərəcə ilə vergi hesablamalısınız. Lakin əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Bu faiz dərəcəsini tətbiq etmək hüququnun əldə edilməsi üçün nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya olunmuş POS-terminal vasitəsilə aparılmalıdır.
İctimai iaşə fəaliyyəti ilə bağlı müvafiq güzəşt hüququnun əldə edilməsi üçün nağdsız ödəmələr zamanı əhaliyə təqdim edilən nəzarət-kassa aparatı (NKA) çeklərində “Nağdsız əməliyyatlar üzrə tranzaksiya nömrəsi (RRN)” barədə məlumatların Dövlət Vergi Xidmətinə ötürülməsi təmin edilməlidir.
✅@Bestaccounting94
#Vergi auditi