Ermənistan Hökumətinin Proqramında hansı maraqlı məqamlar var?
Ermənistanın Baş naziri yeni hökumətin proqram layihəsini açıqlayıb. Şübhəsiz ki, proqram parlamentin iclasında qəbul olunacaq. Bu, Ermənistan hökumətinin 2026-2031-ci illər dövrü üçün məqsədlərini göstərən bir sənəddir. Proqram genişdir, hökumətin bütün fəaliyyət sahələrini əhatə edir. Yeni seçilmiş hökumətin fəaliyyəti beş ildən sonra məhz bu sənəd əsasında qiymətləndiriləcək. Proqramın xülasəsində qeyd olunur ki, seçkidən sonrakı Ermənistan artıq Dördüncü Respublikadır.
Beləliklə, Proqramdakı maraqlı məqamlar hansılardır?
Preambulada vurğulanır ki, Ermənistan xalqı ərazisi 29,743 kv km göstərilən Real Ermənistan ideyasına səs verib.
Azərbaycan müxtəlif kontekstlərdə qeyd olunur:
- Sülhün institusionallaşdırılması, göstərilən dövrdə sülh sazişinin imzalanması və ratifikasiyası, iki ölkənin vətəndaş cəmiyyəti və biznes dairələri arasında təmasların stimullaşdırılması, enerji sahəsində əməkdaşlıq kontekstində.
- dolayısı ilə yeni Konstitusiya mövzusu da Azərbaycanla sülhün institusionallaşdırılmasına aiddir. Ermənistan Hökuməti Konstitusiya layihəsini açıqlamağı, müzakirələr aparmağı və referendumun təşkili ilə bağlı addımlar atmağı planlaşdırır.
Azərbaycana aid əsas mesajlar:
- TRIPP layihəsinin həyata keçirilməsi, Azərbaycanla sülh sazişi, Ermənistan ətrafında təhlükəsizliyin təmin edilməsi, sərhədin müəyyənləşdirilməsinin davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sahəsi.
Digər maraqlı məqamlar:
Xarici siyasətin prioriteti olaraq regionalizm seçilib. Proqramda regionalizm anlayışı “xarici dəstək olmadan öz əhatəsində rahat mövcudluq” kimi açıqlanır.
Türkiyə ilə diplomatik əlaqələrin qurulması, sərhədin açılması, nəqliyyat və iqtisadi əməkdaşlıq planlaşdırılır.
“Strateji tərəfdaşlığın dərinləşdirilməsi” anlayışı İran, Gürcüstan, Aİ, ABŞ, Çin, Fransa (keyfiyyətcə yeni səviyyəyə keçid qeyd olunur, yəqin ki, müttəfiqlik) və müvafiq sənədlərin imzalandığı dig…
Read in full →