♦️Prezident İlham Əliyev:
▪️ Biz ikitərəfli formatda iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
▪️Birgə İnvestisiya Fondumuzun potensialını əlavə etmək istərdim. Mənə məruzə etdilər ki, artıq 500 milyon dolların təxminən 160 milyon dolları hansı istiqamətdə investisiya qoyulacağı müəyyənləşdirilib. Təbii ki, düşünürəm ki, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik.
▪️Qarabağın bərpasına göstərdiyiniz yardıma görə minnətdarlığımı bildirmək istərdim. Özbəkistan praktiki yardım göstərən ilk ölkə, siz isə bu yardımı göstərən ilk Prezident oldunuz
▪️ Ölkənizin avtomobil sənayesində əldə etdiyi təcrübə bu gün Azərbaycana da ötürülür. İlk layihə artıq reallaşdırılıb, hazırda isə söhbət tam istehsal dövrünün yaradılmasından gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulur.
▪️Hazırda ikinci zavod da tikilir və bu müəssisənin ölkəmizin avtomobil sənayesinin inkişafına ciddi təkan verəcəyi gözlənilir.
▪️ Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində bu işə çox məsuliyyətlə və böyük həvəslə yanaşır
▪️ Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının əsas hissəsində layihənin gələn il başa çatdırılması nəzərdə tutulur.
▪️Naxçıvan Muxtar Respublikası ərazisində isə layihənin icrasına başlanılıb.
▪️ Mənə məruzə etdilər ki, Özbəkistandan Azərbaycan üzərindən daşınan yüklərin həcmi artır.
▪️Bununla yanaşı, Özbəkistan üçün bərənin tikintisini də sürətləndirmək lazımdır.
♦️Şavkat Mirziyoyev:
♦️Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək
▪️ Gələn il ölkələrimizdə, bu barədə də danışmışıq, mühüm idman tədbiri – gənclər arasında futbol üzrə dünya çempionatı keçiriləcək.
▪️ Bununla əlaqədar yarışların başlanmasına qədər keçiriləcək idman, mədəniyyət və gənclər tədbirlərimizi birləşdirəcək genişmiqyaslı “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.
▪️ Azərbaycanın məsləhətləşmə görüşləri formatına qoşulması iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.
♦️İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə Özbəkistanda açılışı olan layihələr:
▪️ “Davr Bank” (AR Beynəlxalq Bankı)
▪️ Gips zavodu (“Matanat-A”),
▪️ “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”).
▪️Təməli qoyulan layihələr:
▪️SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi
▪️ “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksi (“Agalarov Development”)
▪️“Baku City” yaşayış kompleksi (“TuranAZ”)
▪️ Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabriki (“Sur Gold and Silver Project”)
▪️Meyvə bağları (“Gold Fresh Fruits”).
♦️Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, "Ukrayna heç vaxt rəsmi olaraq "Şimal Axını 2"ni sabotaj etmək üçün heç bir əməliyyatda iştirak etməyib. Biz bu əməliyyatda iştirak etmirik".
♦️"Ermənistanın növbəti beş ildə KTMT-yə qayıtmaq planı yoxdur. Əminliklə deyə bilərəm ki, KTMT daxilində işimizi gücləndirməyəcəyik", - deyə Paşinyan bildirib.
♦️Ukraynalılar özləri ilə fəxr edirlər, amma təkəbbürlü deyillər. Onlar təvazökarlıqla sevinir, bir-birini təbrik edir, müstəqilliyin qiymətini bilirlər — bu, Zelenskinin Ukraynanın Müstəqillik Günü üçün mesajıdır.