27 July 2026
Фотография
click to show
click to show
Фотография
click to show
click to show
Фотография
click to show
click to show
Фотография
click to show
click to show
İsmayıllı rayonunun Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi əsaslı təmirdən sonra növbəti tədris ilində yenidən şagirdlərin istifadəsinə veriləcək.
2025-ci ilin noyabrından davam edən əsaslı təmir işləri çərçivəsində məktəbin dam örtüyü, divarları, döşəmələri, elektrik və internet xətləri, qapı-pəncərələri tam yenilənib, idman zalı yenidən qurulub. Hazırda binada son tamamlama işləri aparılır.
Məktəbin həyətində asfaltlanma, istilik sisteminin quraşdırılması, qazanxana və nasosxananın yenilənməsi istiqamətində işlər davam edir.
Yenidən qurulan məktəbin ən diqqətçəkən yeniliklərindən biri isə beynəlxalq standartlara uyğun üzgüçülük hovuzu olacaq. İndiyədək istifadə olunmayan hovuzun yaxın bir ay ərzində tam hazır vəziyyətə gətirilməsi planlaşdırılır.
Məktəbin direktoru Əfqan Soltanov bildirib ki, təmir müddətində dərslər kənddəki Ailə Sağlamlıq Mərkəzində təşkil olunub. Hazırda məktəbdə 321 şagird təhsil alır, onlardan ruslar, azərbaycanlılar, ləzgilər, kürdlər, tatlar, hapıtlar və ukraynalılar olmaqla 7 millətin nümayəndəsi təmsil olunur.
Əsaslı təmirdən sonra məktəb 787 şagird qəbul etmək imkanına malik olacaq və yeni tədris ilindən burada üzgüçülük dərslərinin də təşkili nəzərdə tutulur.
Mənbə: Muallim.edu.аz
@shimalnews
218 · Фотография
click to show
click to show
Фотография
click to show
click to show
Фотография
click to show
click to show
Фотография
click to show
click to show
Фотография
click to show
click to show
GIF
8d7ecf948050222babe559818a0b6225.mp4 · 2.1 MB · click to show
8d7ecf948050222babe559818a0b6225.mp4 · 2.1 MB · click to show
🔴Balakəndə şəhər ərazisində əkilən bir neçə dekorativ ağac qəsdən yandırılıb.
Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Görülən tədbirlərlə əməli törədən şəxslərin 3 yeniyetmə olduğu müəyyən edilib və onlar valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunublar.
Yeniyetmələr barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Mənbə: Lentaz
@shimalnews
214 · Видео
AQPfRXlhGUsJw18ChPQR6CtjTx_PDOAGL_LO4kMPRQEeGuijku_yDlx8BoOb · 3.2 MB · click to show
AQPfRXlhGUsJw18ChPQR6CtjTx_PDOAGL_LO4kMPRQEeGuijku_yDlx8BoOb · 3.2 MB · click to show
Qəbələdə 29 iyul – 3 avqust tarixlərində keçiriləcək “Gabala Fest” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində geniş kitab sərgisi təşkil olunacaq.
Sərgidə “LIBRAFF”, “TEAS Press” və “3 alma” nəşriyyatları zəngin kitab seçimi, yeni nəşrlər və sevilən əsərlərlə oxucuların görüşünə gələcək.
Festival proqramına uyğun olaraq sərgi çərçivəsində tanınmış müəlliflərlə görüşlər, imza saatları, kitab təqdimatları və digər ədəbi tədbirlər keçiriləcək.
Kitab sərgisi Qafqaz Riverside Hotelin ərazisində baş tutacaq və hər gün 10:00–19:00 saatlarında ziyarətçilər üçün açıq olacaq.
@shimalnews
214 · Фотография
click to show
click to show
Abdul Raşid Mumini "Şamaxı" üçün 2 min dollar güzəştə getdi
“Şamaxı” futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.
Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə cəlb edib.
Benin milli komandasının üzvü ilə 2 illik (1+1) müqavilə imzalanıb. 21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub.
O, Azərbaycanda qalmaq üçün maliyyə şərtlərində güzəştə gedib.
Belə ki, "kimyaçılar"da aylıq 6000 dollar maaş alan beninli futbolçu "şirlər"in düşərgəsində daha az qazanacaq. Benin millisinin üzvü "Şamaxı" ilə aylıq 4000 dollar məvacib qarşılığında razılığa gəlib.
@shimalnews
221 · Видео
IMG_1678.MP4 · 38.6 MB · click to show
IMG_1678.MP4 · 38.6 MB · click to show
‼️Xaçmazda qadının ağlasığmaz əməli: Gənc satıcıya psixoloji təsir etdi - İDDİA
Xaçmazda mağaza sahibi alış-veriş edən qadının satıcını çaşdıraraq mağazadan pul və məhsulla çıxıb getdiyini iddia edir.
Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən üç gün əvvəl Xaçmaz şəhəri, Bakı prospektində baş verib.
İddiaya əsasən, qadın əvvəlcə satıcıya 100 manatlıq əsginas təqdim edib. Daha sonra pulun xırdası olduğunu deyərək vəsaiti geri alıb və 96 manat istəyib. Nəticədə satıcının fikri yayınıb. Beləliklə, mağaza sahibi qadının həm məhsulu, həm təqdim etdiyi 100 manatı, həm də əlavə 96 manat aldığını qeyd edib.
O, həmin şəxsin müəyyən edilərək tapılmasına kömək göstərilməsini xahiş edib.
Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu ünvanlanıb.
Mənbə: Oxu.аz
@shimalnews
239 · Фотография
click to show
click to show
❗️🔥Sabah Xaçmaz və Quba rayonlarının bir sıra yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 28 iyul 2026-cı il saat 10:00-dan işlər başa çatanadək Xaçmaz rayonunun Padar, Armudpadar, Arzu, Suxtaqalaqışlaq, Hacıəlibəy, Yergüc, Bayoba, Sərkərli, Ağyazı-Buduq və Üçgünqışlaq kəndlərinin, həmçinin Quba rayonunun Zərdabi və Gənclər qəsəbələrinin, eləcə də Barlı, Amsarqışlaq, Mirzəqasım, Hacıqaib, Küpçalqışlaq, Əliməmmədoba və Çaydüzü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
@shimalnews
228 · id 1593930649‼️Xaçmazda qadının ağlasığmaz əməli: Gənc satıcıya psixoloji təsir etdi - İDDİA
Xaçmazda mağaza sahibi alış-veriş edən qadının satıcını çaşdıraraq mağazadan pul və məhsulla çıxıb getdiyini iddia edir.
Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən üç gün əvvəl Xaçmaz şəhəri,
Daha üzünü niyə gözləyirsiniz?
Видео
IMG_1694.MP4 · 18.4 MB · click to show
IMG_1694.MP4 · 18.4 MB · click to show
❕Zaqatalanın ənənəvi yeməyi girs necə hazırlanır - ?
Bu yemək bölgənin milli mətbəxinin ayrılmaz hissəsi hesab olunur və xüsusilə kənd yerlərində bu gün də ənənəvi üsulla hazırlanır.
Video: AzTV
@shimalnews
133 ·