🇦🇿 🔥 Logitech G PLAY tədbiri Azərbaycanda uğurla baş tutdu!
🎉 3 oktyabr tarixində Crescent Mall-da keçirilən "Logitech G PLAY" tədbiri böyük həyəcanla baş tutdu və gaming icmasını bir araya gətirdi.
🏆 İnfluenserlərin öz izləyiciləri ilə çiyin-çiyinə mübarizə apardığı turnirdə Yuspace və Texnojurnal-ın komandası 1-ci yeri, digər influenser komandası isə 2-ci yeri tutdu.
🕹️ İştirakçılar Logitech G-nin cihazlarını real oyun şəraitində test etmək şansı qazandılar, yarışın qalibləri və fəal iştirakçıları isə xüsusi hədiyyələrlə mükafatlandırıldılar.
🌐 Bu tədbir, Logitech G PLAY 2026 qlobal layihəsinin Azərbaycanda olan oyunçulara bəxş etdiyi unudulmaz təcrübələrdən biri kimi yadda qaldı.
🛍️ Bütün bunlarla yanaşı, 11 oktyabr tarixinədək elektronika mağazalarında Logitech G məhsullarına 25%-dək endirimlər qüvvədədir.
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/meqale/logitech-g-play-gaming-azerbaycan.html
#tedroidcom #logitechg